Bia.Az

Qırmızı dənizdə ticarət dayandı: Zəngəzur dəhlizi üçün yaşıl işıq?

İqtisadiyyat
 2-02-2024, 19:58     266

Husilərin Qırmızı dənizdən keçən gəmilərə atəş açması qlobal miqyasda problemə səbəb olub. Belə ki, Süveyş kanalı və Qırmızı dənizdən keçə bilməyən gəmilər daha uzaq bir yol olan Afrika ətrafını dolanmağı seçir. Bu isə həm vaxt, həm də əlavə xərc deməkdir. Artıq bir çox elektronik vasitə və qida məhsularının dünya bazarında qiymətlərində artım müşahidə edilir.

Bəzi ekspertlər iddia edir ki, rəsmi Bakı bu vəziyyətdən istifadə etməli, Zəngəzur dəhlizinin açılmasını sürətləndirməlidir.

Maraqlıdır, Qırmızı dənizin daşımaçılıq üçün əlverişsiz hala gəlməsi Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, husilərin Qırmızı dənizdən keçən bütün gəmiləri hədəfə alması Zəngəzur dəhlizinin əhəmiyyətini artırır:

“Qırmızı dəniz ticarətinin dayanması qlobal miqyasda bir problemdir. Çünki dünya ticarətinin əsas hissəsi buradan dövr edir. Qırmızı dəniz ticarətinin dayanması Süveyş kanallarının faktiki olaraq istifadəsiz qalması deməkdir.

Turab Rzayev

Buradan əsasən Çindən Avropaya və ya əksinə, Avropadan Çinə dəniz ticarəti keçir. Belə olan təqdirdə ticarətin dənizlərdən quruya keçməsi aktuallaşır. Bu zaman isə ən qısa və optimal yol Azərbaycandan, yəni Zəngəzurdan keçir. Rusiya-Ukrayna müharibəsi səbəbindən şimaldan keçən yollar da faktiki olaraq işləmir. Bu da dəhlizin açılmasını zəruri edən məqamlardandır.

Lakin burada əsas məsələ husilərə dəstək verən ölkələrdir. Bildiyiniz kimi, husilərə əsas dəstək verən ölkələr Çin və İrandır. Xüsusilə İran dəhlizin açılmasını istəmir. Yəni Zəngəzur dəhlizinin açılmasını istəyiriksə, maksimum ehtiyatlı olmalı, Rusiya, Türkiyə, Çin, İranla təmasları gücləndirməliyik”.скачать dle 12.1