Rusiya haqda yeni qadağa müzakirədə: Bu məlumatdan sonra…

Rusiyadan idxal olunan məhsullarda təhlükəli bakteriyaların aşkarlanması ciddi narahatlıq doğurub. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 639 kiloqram soğan halqasında “Listeria monocytogenes” bakteriyası tapıb. Digər tərəfdən, Yekaterinburq hadisələrindən sonra bir sıra sahədələrdə müvəqqəti məhdudiyyətlər gündəmə gəlib. Bu fonda sözügedən ölkədən bəzi məhsulların idxalına qadağalar qoyulması müzakirə edilir.
Azərbaycan Rusiyadan hansı məhsulları idxal edir? Yekaterinburqda baş verən hadisələr fonunda bu sahədə nəzarət daha da sərtləşdirilə bilərmi?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli deyib ki, ölkəyə idxal olunan məhsulların qida təhlükəsizliyi tələblərinə və standartlara cavab verməsinə ciddi nəzarət edilir:
“Təəssüf ki, uyğun olmayan məhsulların ölkəyə daxil olması halları var və bu barədə mətbuatda da məlumatlar yayılır. Hansı ölkədən gəlməsindən asılı olmayaraq, bəzən malların keyfiyyəti ilə bağlı problemlər yarana bilər. Belə hallarda AQTA onları geri qaytarır, Azərbaycanda satışına, istifadəsinə icazə verilmir. Rusiyadan idxal etdiyimiz məhsullara gəldikdə, bu siyahıda, əsasən ərzaq məhsulları deyil, yarımfabrikatlar, tikinti materialları və maşın avadanlıqları üstünlük təşkil edir. Ərzaq olaraq, xüsusilə buğda alırıq”.
Həmçinin oxuyun:
Rusiyaya gözlənilməz zərbə – Azərbaycan bu addımı ata bilər
Cəfər İbrahimli
Ekspert bildirib ki, cari ildə də Azərbaycan Rusiyadan keyfiyyətli və standartlara uyğun taxıl məhsulları idxal edə biləcək:
“Yəni hər hansı çətinlik gözlənilmir. Ümumiyyətlə, idxal etdiyimiz buğda ilə bağlı indiyədək problemlər qeydə alınmayıb. Bu tendensiyanın davam edəcəyinə ümid edirik”.
Zaira Akifqızı
Globalinfo.az