Bia.Az

Valyuta hərraclarının hesabatı

İqtisadiyyat
 2-02-2024, 13:31     243

Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın yanvarda keçirdiyi valyuta hərraclarında 417 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard ABŞ dolları məbləğində göstərilib.

Mərkəzi Bank 5 il 11 aydır ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayır.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.

2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.скачать dle 12.1