Bia.Az

Ukraynadan sonra bu ölkələr müharibə poliqonuna çevriləcək – Lukaşenkodan XƏBƏRDARLIQ

Gündəm
 Bu gün, 00:35     74

“Əgər Polşa yenidən dünya xəritəsindən silinmək istəsə, bu, onun öz seçimi olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra özlərinin növbəti hərbi sınaq poliqonuna çevrilməsinə icazə verirlər.

“İndi heç kim şərq istiqamətində kampaniyanın necə başa çatdığını xatırlamaq istəmir. Ona görə də Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra özlərinin daha bir hərbi sınaq poliqonuna çevrilməsinə şərait yaratmamalıdırlar. Bizim ən yaxın qonşularımız Qərbi başqa statusda qətiyyən maraqlandırmır. Əgər onlar dünya xəritəsindən itmək istəsələr, bu, onların öz seçimi olacaq”.

Lukaşenko diqqəti Polşa hökumətinin hərbi texnika almasına yönəldib:
“Bütün xərclər öz vətəndaşlarının vergiləri və amerikalıların kreditlər hesabınadır. Onlar mahiyyətcə bizə düşmən olan yeni hərbi ittifaq qurmağa tələsirlər. Məsələn, Fransa ilə Polşa arasında hərbi sahədə dərin əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Varşava yaxın vaxtlarda Londonla da analoji saziş bağlamağı planlaşdırır”.
Belarus Prezidenti ABŞ-ın İrana hücumundan da danışıb. Lukaşenko bunu tamamilə qanunsuz adlandırıb.
“Bir tərəfdən, ABŞ prezidenti Donald Tramp özünü sülhməramlı kimi göstərir və Ukraynada müharibəni dayandırmaq istədiyini deyir, digər tərəfdən, tamamilə qeyri-qanuni zərbə ilə İranı vurur. İranda sınaq borusuna bənzəyən bir şey tapıblar. Adını nüvə silahı hazırlayan baza qoyaraq zərbə endirəcəklər. Bəs ABŞ-a bunu etməyə kim icazə verib? Nüvə silahı olan ölkə özünü qorumaq üçün buna can atan bir dövləti niyə bombalamalıdır? Onun bombalamağa nə haqqı var?”, – Lukaşenko vurğulayıb.скачать dle 12.1