Şahin Şıxlinski zəngimizi açdı, təşviş içində bunları dedi – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, iyulun 1-də Azərbaycan diasporunun Yekaterinburqdakı rəhbəri Şahin Şıxlinski Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən xüsusi zorakılıqla saxlanıb. Həbs edilərkən Ş.Şıxlinskiyə qarşı xüsusi qəddarlıq göstərilib.
Baş verənlərlə bağlı Globalinfo.az-ın əməkdaşı Şahin Şıxlinskinin mobil nömrəsinə zəng edib.
O, zəngimizə təşviş içində cavab verib.
Belə ki, Azərbaycan dilində salamlaşdıqdan sonra dərhal rus dilində dialoqa keçib.
“Hazırda çox məşğulam. Mənə görə narahat olmayın. Mütləq sənə zəng edəcəm” – Şahin Şıxlinski bildirib.