Bia.Az

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

İdman
 Bu gün, 00:39     77

Bu gün dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.

Teleqraf-ın məlumatına görə, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) məhz bu tarixdə yaradılıb.

2 iyul - əlamətdar gün kimi 1995-ci ildən qeyd olunmaqdadır.

1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan təşkilatın 101 yaşı tamam olur. Assosisasiyaya 130-dən çox ölkənin 160 milli idman jurnalistləri təşkilatı üzv olub.

Hazırda dünyada 30 mindən çox idman jurnalisti fəaliyyət göstərir. Azərbaycanda isə idmanla bağlı 2 qəzet, 50-dən çox idman portalı, İdman TV və CBC Sport telekanalları fəaliyyətdədir.скачать dle 12.1