Bia.Az

"Bəzi strateji sahələrdə vergi dərəcələri azaldılmalıdır"

İqtisadiyyat
 8-01-2024, 01:21     247

"Azərbaycanda azad sahibkarlıqla bağlı rəqabət mühitinin yaxşılaşdırılmasına dair tədbirlər görülür. Bilirsiniz ki, vergi və digər yoxlamaların sayının azaldılmasına dair müvafiq tədbirlər görülür, müvafiq sərəncam da var. Bu gün rəqabət mühitinin yaxşılaşdırılmasına dair lazımı tədbirlər görülür. “Azad sahibkarlıq” anlayışı özü nisbidir".

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı-alim Emin Qəribli danışıb.

Emin Qəribli 
Emin Qəribli

Liberal iqtisadiytatının təşviqi dedikdə nə nəzərdə tutulur?

İqtisadçı bildirib ki, bu gün iqtisadiyyat elmində bu sual ətrafında çoxlu müzakirələr, mübahisələr gedir.
“Azad iqtisadiyyat deyiləndə nə başa düşülür, dövlət nə qədər müdaxilə etməlidir, hansı formada etməlidir və s. Əvvəllər kəskin liberal yanaşmalar, protaksionist siyasətin tərəfdarları var idi. Bu gün onların arasında bu sərhəd silinib. Yəni “bu gün heç bir müdaxilə etmək olmaz”- deyən iqtisadçı və ya iqtisadi məktəb, konsepsiya yoxdur. Və ya “tam yardım edilməlidir” deyən də yoxdur. Bunun müəyyən hədləri, müəyyən alətlər var ki, onlar bu gün tənzimlənməlidir. Bu səbəbdən də, mübahisələr yaranır. Bəziləri hesab edirlər ki, bu alət gərəkli deyil, digər üsullardan daha çox istifadə olunmalıdır. Problem də elə bundadır ki, hansı alətdən istifadənin inkişafa gətirib çıxaracağı və ya müdaxilə hesab ediləcəyi sual altındadır. Bu gün fiksal yolla və ya monetar yolla iqtisadiyyatı təşviq etmək olar. Bu, ayrı-ayrı inzibati sərancamlarla və qanunlarla izlənilir”-deyə Emin Qəribli əlavə edib.
İqtisadçı bildirib ki, bu gün inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrə baxsaq,
görərik ki, onların iqtisadiyatı tənzimləmək, rəqabət mühitinin qorunmasına dair vasitələri müxtəlifdir. Effekt də verir.
Ekspertin fikrincə, bu gün inkişaf etmiş ölkələrdə monetar alət daha təsirlidir. Ancaq inkişafda olan ölkələrə baxsaq, görərik ki, burada həm də fiksal vergi aləti daha effektivdir. Hardasa bu gün onların da arasında sərhədlər silinməyə başlayıb. Bu ölkələrdə vergi alətləri elədir ki, artıq o institut formalaşıb. Bu səbəbdən də, o alətdən çox istifadə olunmur.
“Pandemiya dövründən sonra dövlətlər kifayət qədər müdaxilə edirdi. Çünki lokdaunlar var idi. Bu səbəbdən məhdudiyyətlər oldu. Dövlət müdaxilə etməyə başladı. Ondan öncə də Tramp dövründə də sanksiyalar vardı. Çinə qarşı və sairə…
Bu gün dünya iqtisadiyatının elə dövrüdür ki, istər-istəməz müəyyən belə müdaxilələr var və bu müdaxilələr get-gedə artır. Bu müdaxilə nəticəsində monetar siyasət yürüdüldü və qlobal inflyassiya başladı. Ona görə də, bu gün birmənalı olaraq, xüsusən də inkişafda olan ölkələr inkişafı təmin etmək istəyirlərsə, müəyyən alətlərə əl atmalıdırlar ki, iqtisadiyyat inkişaf etsin”-deyə iqtisadçı əlavə edib.
Emin Qəribli Azərbaycandakı vəziyyətdən də söz açıb. O, qeyd edib ki, Azərbaycan kənd təsərrüfatını vergidən azad edib. Amma inkişaf etmiş ölkələr bundan narazıdır. Hesab edirlər ki, bu, müdaxilədir. Digər ölkələrin istehsalçıları ilə nisbətdə yerli istehsalçı üstünlük qazanır. Amma kifayət qədər inkişaf etmiş ölkələrin iqtisadiyyatları böyükdür və kənd təsərrüfatı sahəsi onun cüzi bir hissəsini təşkil edir. Bu səbəbdən də, onlar subsidiyalardan daha çox istifadə edirlər. Bunun obyektiv səbəbləri var. Onlar hesab edirlər ki, bizim istifadə etdiyimiz vergi güzəşti düzgün deyil. Amma bu, subyektiv bir fikirdir.
“Kənd təsərrüfatı sahəsində çalışan insanların sayı çox olduğunu görə, Amerika və digər inkişaf etmiş ölkələrdə olduğu qədər subsidiya məbləği elə çox ola bilməz. Bu, realdır. Yəni ki, onların daxili məhsulun ancaq 1%-ni təşkil edirsə, bizdə kifayət qədər çoxdur. Ona görə də subsidiyalar elə çox ola bilməz. Dövlətin o qədər resursu da yoxdur. Amma vergi tətbiq etmək olur. Bu, olduqca  ritorik bir məsələdir”-deyə iqtisadçı əlavə edib.

Ümumiyyətlə, liberal iqdisadiyyat bu gün gərəklidirmi, nə qədər obyektivdir?

“Silikon vadisini götürək. O ərazidə vergi yoxdur, vergi azaddır. Bizim kənd təsərrüfatımıza irad bildirirlərsə, özlərinin yetərincə azad iqdisadi zonalar var ki, orda vergidən azaddır. Polemika bundan ibarətdir ki, proteksionistdir yoxsa liberaldır? Bir tərəfdən bunu liberal kimi də yanaşmaq olar, amma digər bölgələrdə belə deyl. Bu çox mübahisəli məsələdir”-deyən Emin Qəribli hesab edir ki, hər ölkə öz inkişaf səviyyəsinə uyğun olaraq, bu paradiqmaya uyğun addımlar atmalıdır. İnkişafda olan ölkələrdə institut formalaşması prosesi çətin getdiyinə görə, dövlətin müdaxiləsi labüddür.
İqtisadçı bildirib ki, bəzi strateji sahələr var ki, onlara diqqət yetirilməli və vergi dərəcələri azaldılmalıdır.скачать dle 12.1