Ukrayna tarixində bir ilk: ordu yeni super dronla silahlandı

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq ağır yükləri daşıya bilən yerüstü döyüş dronu – “Muravey”i (qarışqa) istifadəyə verib. Yeni kompleks mina sahələrində və atəş altındakı ərazilərdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
“Muravey” 500 kiloqramdan artıq yükü onlarla kilometr məsafəyə daşıya bilir. O, radioelektron mübarizə təsirlərinə qarşı davamlıdır, idarəetmə kanalları isə xüsusi qorunma ilə təchiz olunub. Dron eyni zamanda çay keçidlərindən də keçə bilir.
Bu, Ukraynanın bu sinifdə istismara verilmiş ilk yerüstü döyüş dronudur.