Bia.Az

Keçmişdən gələn təhlükə: Almaniyada 20 min sakin təxliyə olunur – FOTO

Dünya
 Bu gün, 00:55     46

Almaniyanın Aşağı Saksoniya federal əyalətində yerləşən Osnabrük şəhərində İkinci Dünya müharibəsindən qalma partlamamış bomba aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində təxminən 20 min nəfər, yəni 13 minə yaxın ev təsərrüfatı sabah təxliyə olunacaq.

Həmçinin oxuyun:

“8 Noyabr” Elektrik Stansiyasının açılışı: Prezident çıxış etdi – FOTOLAR

Şəhər rəhbərliyi bildirib ki, sakinlər ən gec saat 15:00-a qədər (Bakı vaxtı ilə 17:00) evlərini tərk etməlidirlər. Təhlükəli zona daxilində şəhərin əsas dəmiryol vağzalı, iki xəstəxana və bir neçə məktəb yerləşir. Şagirdlər üçün dərslər günorta saat 13:00-a (Bakı vaxtı ilə 15:00) qədər davam edəcək. Təxliyə üçün bir gimnaziyada xüsusi mərkəz yaradılıb.

Məlumata görə, bomba ötən gün tikinti işləri zamanı aşkarlanıb və sabah zərərsizləşdirilməsi planlaşdırılır.

Bu, Osnabrükdə son vaxtlar baş verən ikinci kütləvi təxliyədir. Təxminən iki həftə əvvəl də İkinci Dünya müharibəsindən qalma başqa bir bomba səbəbindən 11 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, müharibənin son dövrlərində nasist Almaniyasına iki milyondan çox müxtəlif kalibrli bomba atılıb və onlardan təxminən 10-20 faizi partlamayıb. Belə sursatlar tez-tez yol çəkilişi və ya bina təməli qazıntıları zamanı aşkar edilir və adətən, bir neçə saat ərzində mütəxəssislər tərəfindən zərərsizləşdirilir.

Aysel Əliyeva
Globalinfo.azскачать dle 12.1