Bia.Az

Valyuta hərraclarının hesabatı

İqtisadiyyat
 7-01-2024, 16:22     246

Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ildə keçirdiyi valyuta hərraclarında 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 188,5 milyon, fevralda 356,6 milyon, martda 383,9 milyon, apreldə 286 milyon, mayda 277,2 milyon, iyunda 78,9 milyon, iyulda 272,7 milyon, avqustda 93,9 milyon, sentyabrda 164,5 milyon, oktyabrda 202,6 milyon, noyabrda 234,7 milyon, dekabrda 149,9 milyon dollar alınıb.

Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.

Mərkəzi Bank yanvarın 7-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 5 il 10 ayı tamamlanıb.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur./novator.azскачать dle 12.1