Bia.Az

Daşkəsən “DAĞ” yeridir, BACARANA PULLU BAĞ YERİDİR… – İTTİHAM VAR…

Bölgə
 8-01-2024, 18:50     544

Daşkəsən Rayon İcra Hakimiyyəti sentyabr ayından bu günə kimi ümumilikdə 3 tender müqaviləsi imzalayıb. Bir müddət əvvəl işindən azad olunan icara başçısını birinci müavin Vüqar Məmmədov əvəz edir. Xəbər verilir ki, rayonda bütün tenderlər təmir və abadlıq işlərinə həsr olunub. Amma ortada heç nə yoxdur. Ümumilikdə isə qalib şirkətlərin hesabına 160 min manatdan çox pul köçürülüb.

Çox güman ki, Daşkəsən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təmir işlərini başa çatdırmaqda çətinlik çəkir. Əks halda Daşkəsən rayonun təmir olunması üçün cəmi 4 aya 3 dəfə tender elan etməzdi.
Baş tutan tenderləri sıra ilə təqdim edirik:
Daşkəsən "DAĞ" yeridir, BACARANA PULLU BAĞ YERİDİR...

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ –
“GÖYGÖL TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti –
Daşkəsən şəhərinin küçələrində abadıq işləri -Məbləğ: 48.747,99 AZN
Sözügedən qalib MMC-nim nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ
“STAR TƏMİR CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti –
Daşkəsən şəhərində çoxmərtəbəli yaşayış binalarının giriş bloklarının əsaslı təmiri
Bu qalib MMC-nin isə nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi ZAUR ƏSGƏROV MARİF OĞLUdur.
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİ
“STAR TƏMİR CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti –
Daşkəsən şəhərdaxili yolların əsaslı təmiri işləri – Məbləğ: 74.818,96 AZN
Diqqət çəkən məqam DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR NÜMAYƏNDƏLİYİnin bütün tenderləri STAR TƏMİR CONSTRUCTİON” MMC ilə olmasıdır.
Nəzərinizə çatdıraq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin merini əvəz edən birinci müavin, sabiq icra merinin kadrıdır.
Mövzuya qayıdacayıq.
hurriyyet.azскачать dle 12.1