Bia.Az

Rayon rəhbəri 100 yaşlı şəhid anası Atlas Abbasquluyevanı ad günündə ziyarət edib - FOTO

Bölgə
 7-01-2024, 15:41     533

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının
sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Abbasov Məmməd
Salman oğlunun anası Abbasquluyeva Atlas Salah qızını 100 illik yubileyi münasibəti ilə
təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş
tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və
gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Şəhid Abbasov Məmməd Salman oğlu 1947-ci ildə Ağdərə rayonunun
Umudlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində almış və Sovet
Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Qarabağ hadisələri başlayanda Umudlu kənd
orta məktəbində sürücü işləyirdi. Qarabağ müharibəsi başlanan vaxtdan Umudlu kənd
əhalisi ilə birlikdə erməni işğalçılarına qarşı mübarizə aparırdı. 1991-ci il may ayının 25-də
erməni işğalçılarının kəndə növbəti hücumu zamanı o, bu hücumun qarşısının
alınmasında, kənd əhalisinin sağ qalmasının təşkil edilməsində xüsusi fəallıq göstərmiş və
bu döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur.
Evli idi. Leyla, Maxrur, Xuraman, Ramilə adlı dörd qızı və Elməddin adlı bir oğlu var.
Umudlu qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Rayon rəhbəri 100 yaşlı şəhid anası Atlas Abbasquluyevanı ad günündə ziyarət edib

скачать dle 12.1