Bia.Az

Göycayda “3D NAR FESTİVALI” - Fotolar

Bölgə
 3-01-2024, 22:47     715

Dekabr ayının 28-də dekabr 2023-ci il tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay şəhər 4 nömrəli tam orta məkətbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra edilən “3D NAR FESTİVALI” adlı layihənin yekun hesabat tədbiri keçirilib. Tədbirdə layihə rəhbəri Göyçay şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elşad Əliyev, layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Vüqar Məlikov, təlimçi Şamil İsgəndərov, VII Qrant layihə qalibi Əliyeva Aynur və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

"3D NAR FESTİVALI” adlı layihənin rəhbəri, Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəbinin Texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.   
                       
Layihə 3 ay müddətində Göyçay rayonununda icra ediləcək. "3D NAR FESTİVALI” adlı layihəni həyata keçirməkdə məqsəd 20 nəfər VII-VIII sinif şagirdlərin iştirakı nəzərdə tutulub. Şagirdlər üçün STEAM və 3D dizayn bacarıqları və çap, təlimlərinin təşkil edilməsi, Nar məzmunu əsasında STEAM yanaşmasını tətbiq etmək, faydalı məhsul və modellərinin hazırlamaq, şagirdlərin 3D dizaynla 3D printerdə çap olunmuş şagirdlərin əl işləri “3D NAR FESTİVALI” innovativ sərgi təşkil olunub.

Layihənin icra müddətinin 3 ay, 15.09.2023 - 15.12.2023 müddətində əyani formada reallaşdırılması nəzərdə tutulmuşdur. İcra planı xüsusi cədvəl formasında əlavə olunmuşdur. Təlimlər 3 saat olmaqla, 14 təlim, cəmi 42 saat nəzərdə tutulub. Dekabr ayına düşən, AzNar zavoduna STEAM əsaslı ekskursiya təşkil edildi. Ekskursiya zamanı STEAM yanaşmasını tam əhatə etmək üçün AzNar istehsal zavodu və laborator ərazisinə eskskursiya sahələrə baxış keçirildi, 1 gün, 2 saat olmaqla nəzərdə tutulan müşahidlər aparılıb və şagirdlərin təlimlərində qazanılmış biliklərdən tətbiqi istifadə olundu. “Yaşıl texnologiyalar”ın tətbiqində STEAM yanaşması üçün əkin sahələrinin müasir suvarma sistemləri, İstehsal prosesində laboator araşdırmalar, Nar istehsalında qablaşdırma məhsullarının dizaynı, 3D modeli, satış brendinin yaradılması və s. tətbiq olunacaq.

Layihə ərzində şagirdlərə STEAM əsaslı 14 təlim təşkil olunub. “STEAM”, “3D Qələmlə iş”, “Günəş batareyası”, “3D Modelləşdirmə”, “Oyuncaq robotun dizaynı və çapı”, “Müasir Mühəndistlik texnikaları”, “Kosmik roketin dizaynı”, “Telefon dəstək altlığı”, “Dron texnologiyalarına giriş” və s. kimi təlimlərlə nəzərdə tutulan proqram üzrə işlər aparılıb. 

 Layihə nəticəsində layihənin təlimlərinə, müsabiqə prosesinə cəlb edilmiş 20 nəfər şagird STEAM yanaşması tətbiq edərək, elmi savadlılıq, texnoloji və mühəndislik bacarıqları, yaradıcı yanaşma və riyazi düşüncə tətbiq edə biləcək. Şagirdlər rəqəmsal mühitdə dizayn, mexaniki dizayn, 3D modelləşdirmə, 3D printerdən istifadə və çap prosesinin idarə olunmasını praktik olaraq tətbiq edərək mənimsəyəcək və vərdişə çevirəcəklər. Öyrəndikləri elmi və texnoloji yenlikləri Ümumdünya İrs siyahısına salınmış “Nar bayramı” konsepti əsasında tətbiq edəcək, şagirdlərin gözü ilə araşdırılacaq, 3D modelləri hazırlanacaq, şagirdlərin sərbəst təqdimat videoları ərsəyə gələcək. Layihə təklifi olan STEAM və 3D modelləşdirmə məzmunu bilik və bacarıqlarının yeni təhsil proqramımıza daxil olan müvafiq fənlərin tədris ilinin yekununda gözlənilən nəticələrə uyğun olaraq hədəflənməsi mümkündür. Şagirdlərin qazanacağı bilik, bacarıq və yaradıcılıq hesabına birgə müxtəlif növ yerli və Beynəlxalq festival, Müsabiqələrdə aktiv iştirakına səbəb olacaq.

Göyçay rayonunda qabaqcıl təcrübəyə nail olaraq rayon təhsilinin keyfiyyəti yüksəldiləcəkdir. Layihənin icrası başa çatdıqdan sonra da layihənin davamlılığı təmin olunacaqdır./TehsilForumu.Az/




скачать dle 12.1