Bia.Az

"Tək doz peyvəndlər bizi təhlükələrdən qorumur" - Rəşad Mahmudov

Sosial
 29-08-2021, 11:16     24

“Koronavirus dalğasının növbəti fazasındayıq. Bu dövr ərzində vurdurduğumuz ilk doz və tək doz peyvəndlər bizi təhlükələrdən qorumur”.

Bu sözləri tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov feysbuk səhifəsində yazıb.

“Sayıqlığı əldən verməməliyik, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etməliyik, arxayınçılığa əsasımız yoxdur! Unutmayaq ki, arzuolunan müsbət nəticələr iki dozu tamamlanmış, üzərindən iki həftə keçmiş insanlar üçün keçərlidir”, - o qeyd edib.
Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalında aparılan ilkin statistik analizlər və müşahidələrə görə aşağıdakılar müəyyən olunub:
- müalicə alan xəstələr arasında vaksin vurdurmuş xəstələr olsa da, həyatını itirənlər arasında iki doz vaksin olunmuş xəstə olmayıb.
- ikinci doz vaksin almış və reanimasiya düşmüş xəstə sayı 1 nəfər olub ki, o da sonradan tam sağalıb və məlum olub ki, xəstə hospitalizasiya olmamışdan əvvəl ev şəraitində dexametazon istifadə edib.

Tibb üzrə elmlər doktoru iki dəfə peyvənd olunmuş və COVID-19-a yoluxmuş şəxslərin həyatı üçün hər hansı bir təhlükənin olmadığını qeyd edib: “İkinci doz vaksin olunmuş, COVID-ə yoluxmuş xəstələr, ev şəraitində tövsiyə olunmayan dərmanlar qəbul etməzsinizsə, həyatınız üçün heç bir təhlükə olmadığına əmin olun, tam arxayınlıqla virusa qalib gələcəyinizə inanın!”

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər immunitetimizi bu virusla mübarizədə lazımi səviyyəyə qaldıran dünya tərəfindən qəbul edilmiş preparatlardır. (Bakipost)скачать dle 12.1