Bia.Az

Azərbaycan artilleriyaçıları Qazaxıstanda 3-cü yeri tutdu - VİDEO

Sosial
 28-08-2021, 12:15     24

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib.

Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.

скачать dle 12.1