Bia.Az

Bu gün Cənubi Koreyada daha 219 nəfər koronavirusa yoluxdu

Dünya
 29-02-2020, 17:31     82

Bu gün Cənubi Koreyada daha 219 nəfər koronavirusa yoluxduCənubi Koreyada bu gün səhərdən koronavirusa daha 219 yoluxma halı qeydə alınıb.

“bia.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısını Almaq Mərkəzi (KCDC) məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 3 150-yə çatıb, 17 xəstə isə dünyasını dəyişib.

Bundan əvvəl Cənubi Koreya hökuməti ən yüksək səviyyəli epidemiya təhlükəsi elan edərək vətəndaşlara xüsusi ehtiyac olmadan evlərini tərk etməməyi tövsiyə etmişdi.скачать dle 12.1