Bia.Az

Natia Turnava: “Gürcüstan Cənub Qaz Dəhlizi layihəsindən ciddi faydalar əldə edəcək”

Dünya
 29-02-2020, 12:41     293

Natia Turnava: “Gürcüstan Cənub Qaz Dəhlizi layihəsindən ciddi faydalar əldə edəcək”“Gürcüstan Cənub Qaz Dəhlizinin inkişafında olduqca önəmli geosiyasi rol oynayır”.

“bia.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, bu layihədə 17 ölkə, xüsusən də Avropa ölkələri maraqlıdır: “Gürcüstan və əhalimiz bu layihədən ciddi faydalar əldə edəcək. Belə ki, dövlətimizin tranzit funksiyasına görə əldə etdiyi kvota artacaq. Yekun nəticədə bunların hamısı Gürcüstanın, ölkə əhalisinin, müəssisələrin təbii qazla təminatının yaxşılaşdırılmasına yönəlib”.

Qeyd edək ki, N.Turnava Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib.скачать dle 12.1