Bia.Az

Bankların nəyi var?

İqtisadiyyat
 26-12-2023, 14:21     267

Mərkəzi Bank yeni hesabatlar yayıb. BİA.az xəbər verir ki, novator.az bildirir ki, statistik bülletenə görə, dekabrın 1-nə Azərbaycanda 22 milyard 881,2 milyon manat kredit, 12 milyard 524,9 milyon manat əmanət rəsmiləşib.

2023-cü il 19 milyard 594,4 milyon manat kredit, 11 milyard 743 milyon manat əmanətlə başlamışdı.

23 bankın cəmi aktivləri 46 milyard 172,5 milyon manat, cəmi öhdəlikləri 40 milyard 160,4 milyon manat göstərilir.

Yanvar-noyabr aylarında problemli kreditlərin 153,4 milyon manat azaldığı xəbər verilir. Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği yanvarın 1-nə 593,7 milyon manat, dekabrın 1-nə 440,3 milyon manat olub.скачать dle 12.1