Bia.Az

Bakı metrosunda cibgir tutuldu

Hadisə
 28-03-2020, 10:53     459

Bakı metrosunda cibgir tutulduBakı metrosunda qadının telefonu oğurlanıb.

Bu barədə "bia.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də metronun "28 May" stansiyasında qatarda Bakı şəhər sakini R.Abdullayevanın çantasından 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.скачать dle 12.1