Bia.Az

İki türk lideri iki slavyanı barışdıra biləcəkmi - rəylər

Gündəm
 1-03-2022, 11:49     281

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin fonunda gedən müzakirələrdən biri də hansı ölkələrin atəşkəs prosesində vasitəçi ola biləcəyi ilə bağlıdır.

Burada bir sıra ölkələrin adları çəkilir ki, onların da önündə Azərbaycan və Türkiyə gəlir. 

Ölkə Prezidenti İlham Əliyevlə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya arasındakı müharibədə vasitəçilik edib, tərəfləri danışıqlar masasına oturda bilərlərmi?
Əslində bu sualın yaranması təsadüfi deyil. Belə ki, reallıqda bu missiyanı öhdəsinə götürəsi dövlətlər sırasında Türkiyə və Azərbaycandan başqa neytral ölkə yoxdur. Hətta əminliklə söyləmək mümkündür ki, Azərbaycan daha çox neytraldır. Son proseslərdə yürüdülən doğru siyasət bunu deməyə əsas verir.
Onu da qeyd edək ki, bu istiqamətdə Azərbaycan Prezidentinin və Türkiyə Cümhurbaşqanının son 1 ayda xeyli fəaliyyətləri var. Onlar Ukraynaya səfər ediblər, Kremlin sahibi Vladimir Putinlə telefonla danışıblar. Son olaraq, dövlət başçısı İlham Əliyev fevralın 22-də Putinlə Moskvada görüşüb.
Bütün bunlar addım-addım Putin və Zelenskini Bakıya gətirir...
YAP-çı deputat Hikmət Babaoğlu tezliklə sülhün əldə edilməsinin bütün tərəflərə sərf etdiyini söylədi: “Türkiyə və Azərbaycanın koordinasiyalı hərəkətləri təkcə ikitərəfli münasibətlərdə deyil, xarici siyasətdə də müşahidə edilir. Bu, hər iki ölkənin milli maraqları baxımından olduqca vacibdir və öz strateji nəticələrini verməkdədir. Hər iki qardaş ölkənin xarici siyasət prioritetləri sülhə və əməkdaşlığa əsaslandığı üçün beynəlxalq aləmdə də həqiqi sülh tərəfdarları olanların rəğbətini qazanır. Ona görə də etibarlı tərəfdaş və səmimi vasitəçi kimi qəbul edilirlər. Biz Bakıda keçirilən xeyli sayda görüşlərdən bilirik ki, beynəlxalq münasibətlər sistemində qarşıdurma subyekti olan aktorlar gərginliyi azaltmaq üçün görüş yeri kimi məhz Bakıya üstünlük veriblər. Yəni bizim bu sahədə həm də müəyyən təcrübəmiz var. Ona görə də Azərbaycan vasitəçilik missiyası ilə çıxış edən zaman həm də müvafiq təcrübəyə və əldə olunmuş nəticələrə əsaslanır.
Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi
Hikmət Babaoğlu: “Azərbaycan vasitəçilik missiyası ilə çıxış edən zaman həm də müvafiq təcrübəyə və əldə olunmuş nəticələrə əsaslanır”
Hazırda Rusiya və Ukrayna arasında baş verən arzuolunmaz müharibədə də Azərbaycan vasitəçilik missiyasını təklif edir. Bunun baş tutub-tutmayacağından asılı olmayaraq, faktiki, müharibə edən hər iki tərəf rəsmi Bakının bu cəhdlərini şübhəsiz ki, hörmətlə qarşılayır. Çünki ölkəmizi səmimi dost və etibarlı tərəfdaş kimi tanıyırlar. Azərbaycan Prezidenti İlham Əliyevin həm Ukrayna, həm də Rusiya prezidentləri ilə telefon danışıqları aparması da bu dostluq və tərəfdaşlığın əyani göstəricisidir. Hamıya məlumdur ki, qardaş Türkiyə də Qaradəniz vasitəsilə qonşusu olan hər iki ölkədə qısa müddətdə sülhün yaranmasında maraqlıdır. Nəticə etibarı ilə bu coğrafiya bizimdir və müharibənin olması heç kimin lehinə deyil. Ona görə də Azərbaycan və Türkiyənin sülhlə bağlı vasitəçilik cəhdlərinin, nəhayət, baş tutması və sülh istiqamətində addımların atılması bütün tərəflərin xeyrinə olar”.
Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Elçin Mirzəbəyli: “Bakının cəhdlərinin nəticə üçün daha çox effektiv olacağını düşünürəm”
BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli Bakını daha çox şanslı sayır: “Azərbaycan və Türkiyənin Rusiya ilə Ukrayna arasındakı gərginliyin azalması, müharibənin baş verməməsi üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur. Hər iki ölkə ilk gündən özünün sülhməramlı niyyətini ortaya qoyub və hər iki tərəfi hazırda bütün bəşəriyyəti sarsıdan müharibədən çəkindirməyə çalışıb. Azərbaycan və Türkiyənin qlobal proseslərdəki mövqeləri kifayət qədər aydındır. Dövlətlərin ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığı Azərbaycan və Türkiyə üçün vazkeçilməz faktorlardır. İlk növbədə isə rəsmi Bakı müstəqil hüququn suveren subyektinə çevrildikdən bəri, dövlətlərin ərazi bütövlükləri ilə bağlı prinsipial, dəyişməz mövqe nümayiş etdirib. Öncədən qeyd edim ki, separatizmin stimullaşdırılması prosesinin əsasını Qərb qoyub. Söhbət soyuq müharibədən sonra yaranan geosiyasi reallıqlar müstəvisində yürüdülən siyasətdən gedir. Qlobal sülhə görə öhdəlikləri olan dövlətlər heç bir halda beynəlxalq hüququn əsas norma və prinsiplərinin çeynənməsinə yol verməməli, nəyin bahasına olursa-olsun dövlətlərin ərazi bütövlüyünün qorunmasına çalışmalı, presidentlərin yaranmasına vəsilə olmamalıydılar. Rusiyanın 2008-ci ildən özünü daha qabarıq şəkildə büruzə verən davranışlarını stimullaşdıran da Qərbin yaratdığı reallıqlar, o cümlədən Kosovo ilə bağlı presedent olub. ”Nə üçün sənə olar, mənə yox" sualının yaranmasına imkan verən səhvlər bugünkü faciələrin ortaya çıxmasına zəmin yaradan əsas amillərdəndir. Azərbaycanla Türkiyənin sülhyaratma missiyasına gəldikdə isə indiki şəraitdə real danışıqlar masasının təşkili üçün daha çox Bakının uyğun gəldiyini düşünürəm. Şimali Atlantika blokunun aparıcı üzvlərinin Türkiyəyə münasibətdə sərgilədikləri ədalətsiz münasibətə baxmayaraq, qardaş ölkə NATO üzvü olaraq qalır. Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Həmçinin ölkəmiz bundan öncə də hərbi-siyasi dialoq platforması missiyasını uğurla həyata keçirib və qlobal miqyasda etimad qazanıb. Məhz bu səbəbdən Bakının cəhdlərinin nəticə əldə etmək üçün daha çox effektiv olacağını düşünürəm".
Ermənistan Türkiyənin forpostu olacaq” iddiası
Azər Hüseynov: “Azərbaycan və Türkiyə Ukrayna ilə də, Rusiya ilə də diplomatik intensivliyə malik ölkələrdir”
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov da bu vasitəçiliyi mümkün qəbul edir: “İlham Əliyevin vasitəçilik etməsi əlbəttə ki, mümkündür. Ərdoğan da vasitəçi ola bilər. Bunu isə ən çox ”ağ Avropa" qısqanır. Bayraktar səmada performans edəndən sonra Avropa və Amerika Ukraynaya yardım etməyə cəsarətləndilər. Azərbaycan və Türkiyə Ukrayna ilə də, Rusiya ilə də diplomatik intensivliyə malik ölkələrdir. Putin Avropa və Amerikaya güvənmir, Ukrayna da Lukaşenkoya güvənmir. Azərbaycan və Türkiyə isə dünyanın yüksələn gücləri olmaq iddiasındadırlar. Bir azca da daxili iqtisadi problemlər nizama salınsa, Azərbaycan enerji məsələsi, Türkiyə isə milli hərb sənayesi ilə yeni təsir imkanlarına malik aktorlardır. Ona görə çox mümkündür ki, Azərbaycan və Türkiyə vasitəçiliyi baş tutsun".//“Yeni Müsavat”скачать dle 12.1