Bia.Az

NƏLƏR DÜŞDÜ YADIMA... - Yaxşı dost, yaxşı yoldaş Ağacavad Cəfərov haqqında...

Cəmiyyət
 27-02-2021, 23:50     788

Fikrimdə  yox idi  həmin  gün   zəng  etmək. İstəmirdim  yenə  onu  narahat  edim. Hər  dəfə  yolum  rayona  düşəndə, işim  əgər  planlaşdırılmış  olanda   bir  neçə  gün  əvvəldən,  gözlənilməz  olduğda  ilk  zəng  etdiyim, gələcəyimi  söylədiyim  dost,  tanış, yaxın  biriydi  Ağacavad  Cəfərov ... Düşünürdüm ki, qoy əziyyət  çəkməsin, gəlib - getdiyimi heç  bilməsin. Əvvəllər tez - tez  zəngləşib  kef-hal soruşsaydıqda, son  vaxtlar yalnız bayramlarda zəngləşib bir - birmizi təbrik edib, ailə - uşaqlara  salamlar  göndərərdik. Amma  bu  dəfə  gözlənilməz  oldu. Evinin  içi, qızının  həyat  yoldaşıyla  rayonda  rastlaşdıq, kef - hal  soruşub, həmişə  olduğu kimi, - "bəy  necədi?"  soruşmadım.  Yarım  saatlıq  söhbət əsnasıdada  oda  nəsə  demədi. Haradasa  yarım  saatlıq  görüşdən  sonra, rayonda  olduğum  bir  saat  ərzində  ürəyim  dözməyib, özümə  vediyim  sözə  naxələf  çıxıb  hər  iki  nömrəsinə  zəng  etsəmdə,  zəng  çatmamasına  çox  sevinmişdim. Səhər  tezdən  olduğuna  görə  fikirləşmişdim  yəqin  işdədi, ola  bilsin  iclasdadı. Elə  yaxşı  oldu  zəng  çatmadı. Ancaq   dözməyib  kürəkənindən  - " bəyə  zəng  çatmadı" soruşmama  aldığım  cavab  məni  çox  sarsıtdı.  - " Bəy  dünyasın  dəyişib. " Axı  bir  müddət  olar danışmışdıq,  sonra  özüm  üçün  vaxtı  dəqiqləşdirmək  üçün  yaxın  keçmişin  bayram  günlərin  xatırladım, yadıma  düşdü ki, təqvim  dəyşikliyi, 2021 - ci  ilin  yanvar  ayında  danışmışıq.
Nə  vaxt- deyib  sarsılmış  halda  soruşdum.
- Yanvarın  6 - da. 18 fevralda  40  mərasimin  keçirdik...
Artıq  heçnə  eşitməyirdim, illər  öncənin, tanışlığmızın  40 illiyi  yaddaşımı ələk-fələk  edirdi...
1979 - cu ilin iyul ayının 6 da, Abşeron  rayon  qeydiyyatında  olan,   18  yaşı   yenicə  tamam  olmuş  40  nəfər  gənc  Bakıdan Ukraynanın   Lvov oblastının  Ravaya - Ruskaya şəhərinə  hərbi  xidmətə   yola  salınmışdıq. O  dövrlərdə  iyun  ayında  hərbi  xidmətə  növbəti  çağrış  başa  çatsada,  biz  ehtiyyat  çağrışçı   kimi  iyul ayında  çağrılmışdıq. Hərbi hissədə  4 cü  günmüzdə  eşitdim ki, Ağsu  rayonundan  30 nəfər hərbi  xidmətə  gətiriblər. Əsgər  kazarmalarmız  aralı  olduğundan  imkan  axtarırdım ki, gedim  görüm  bizim  kənddən  kimsə  var  ya  yox. Belə  bir  imkan  elə  həmin  gün  yarandı. Gedib ani tanışlığımla  öyrəndim ki, bizim kənddən  yox, rayonmuzun  özündən və ətraf  kəndlərindəndir  yeni  gətrilənlər. Elə  ilk  tanışlığımda  Ağacavad  Cəfərovla  oldu. Sonradan  xidmət etdiymiz  hərbi  hissəyə  40  nəfər  Naxçıvan Muxtar   Respublikasından, 30  nəfər  Şamxor ( indiki  Şəmkir) və  Tovuz  rayonundan, 40 nəfər  Cəncə  və ətraf  rayonlardan  hərbi  xidmət  üçün  həmin  hərbi  hissəyə  gətirilmişdir. Beləcə ümumiyyətlə 320  nəfər  azərbaycanlı, çeçen, qabardin  və  digər  millətlərin  nümayəndəsiylə SSRİ - nin  ordusunun  piyada  qoşunlarında  hərbi xidmətmizə  başladıq. 1979 - cu  ilin dekabrın  13- də  Beynəlmiləl  borcumuzu  yerinə  yetirmək  üçün  Əfqanıstan  Demokratik Respublikasına  hərbi  xidmətə  aparıldıq. 20 dekabrda  Özbəkistan Respublikasının  Termez şəhərində  hərbi  hissəmiz  bir  həftə müxtəlif  hərbi  tapşırıqları  yerinə  yetirib 28 - dən Əfqanstan  Demokratik Respublikasına  keçən  hərbi  karvanları  müşahidə  edib bizdə  Əfqanstanın  Qunduz  şəhərində hərbi  hissəmiz  düşərgə  salaraq  məskunlaşdırıldıq. Hərbi  hissəmiz  piyada  qoşunları  olduğundan  bizim  5 - ci  bataliyon  döyüş  əməliyyatları  keçirən  bataliyon kimi  xidmətə  başladı. Bütün  əməliyyatları bizim  bataliyon icra  edirdi. Alınan  məlumatların  yoxlanılmasında, döyüş əməliyyatlarında, hər  hansı  təxribatın, hücumun  qarşısın  almaq  üçün  bizim  bataliyon  döyüşə  hazırlığ   vəziyyətinə  gətirilmişdi. Xırda  bir  neçə  günlük  əməliyyatları  nəzərə  almasaq  ən  boyük  əməliyyatlarmız  15  günlülük, bir aylığ  və  ayyarımlığ  olurdu. Artıq bütün  döyüş  silahlarının  atəş  səsinə  öyrəşmişdik. Qorxu  içimizdən  birdəfəlik  yox  olmuşdu. Hər  əməliyyata  hazırlaşıb  gedəndə  bir - birimizlə  halallaşıb, görüşüb  gedirdik. Hər  birimizin şalvar " xebemizin  piston" cibi  deyilən  hissəsində  pulamiyyot  patronunda  adımız, soyadmız ata adımız, partiya və ya komsomolçu  olmağımız və qeydiyyatda  olduğmuz  rayonun,  kəndin, şəhərin  ünvanı  yazılmış bir  kağız  parçası  olardı.  Ölüm  halları  baş  verəndə  tanınmağmız,  nəşimizin səhv  göndərilməməsiydi. Hər  bir  döyüş və əməliyyatlarda  itkilərimiz  olurdu. Yaralılarmıza səhra  hərbi  tibbi xəstəxanamızda, ağır  yaralılarmız isə Özbəkistan  Respublikasının  paytaxtı  Daşkənd  şəhərində  müalicəyə  göndərilirdi...
Kiçik  haşiyə : - MƏN  MÜHARİBƏ  GÖRDÜYÜMDƏN,  MİLLƏTMİZİN  HƏR  BİR  ÜZVÜNÜN   QÜRUR  HİSSİNİN  GÜCLÜ  OLMAĞIN  GÖRÜB,  30  İLDƏ  TORPAĞLARMIZIN  QORXAQ,  HİYLƏGƏR, ŞƏRƏFSİZ  BİR  MİLLƏTİN  İŞĞALDA  QALMASINA  GÖRƏ  HƏMİŞƏ  NARAHAT  İDİM. MƏN  İNANIRDIM  VƏ  İNANIRAMDA  MİLLƏTMİZİN  OĞULLARI  O  QÜRURLA  İSTƏNİLƏN  DÖVLƏTİN  BİZƏ  QARŞI  HƏR  HANSI  ÇİRKİN  NİYƏTİNİN  QARŞISIN  ALMAĞ  QABİLİYYƏTİNDƏDİR.
Bataliyon  komandirmiz  28 yaşında  mayor  olmuş, sonralar  Azərbaycan  ordusunda  döyüşmüş, hansısa gərəksiz, əsassız  ordumuzdan  uzaqlaşdırılmış  İlham  Aslanov idi. Onun  döyüş bacarığına, qorxmamazlığına, keçirdiyi  bütün  döyüş  əməliyyatlarında  az itkiylə, qələbəylə döndüyünə  görə  hərbi  hissənin və eləcədə  ordu  rəhbərlərinin  böyük  hörmətin  qazanmışdı...
Beləcə  döyüş  əməliyyatlarının  birində  böyük şücaət göstərib, igidlik  nümayiş  etdirən  Ağacavad  Cəfərov  ağır  yaralanır. Üç  güllə  yarası  alır, güllələrdən  biri  qıç  sümüyünü  parçalayır. Döyüş  bölgəsindən  onu  birbaşa  Daşkəndə  hərbi  xəstəxanaya  aparırlar. Bu ağrı  bizi, hərbi hissəmizi  çox  sarsıtmışdı. Hələ şəhidlərmizdə  var idı. Ancaq  hərbi  hissəmizə   bu  döyüş  tapşırığından  sonra  əməliyyatın  necə  keçrilməsini  müzakirə  etmək  üçün  gəlmiş  ordu  generallarından  biri  Ağacavad  haqqında  böyük  sevgiylə  danışırdı. Onun necə  cəsur  döyüşçü  olduğun, təkbaşına  düşmənin  neçə canlı  qüvvəsin  məhv  etdiyindən, xeyli  hərbi  sursatın  ələ  keçrilməsində xidmətlərindən  danışıb  onun  dövlətin  ən  yüksək  mükafatına  laiq  görüləcəyinə  söz  verdiyini  hərbi  hissənin  şəxsi  heyətinə  çatdırdı. Həmişə  olduğu kimi azərbacanlılığmız  bu işdə  də  öz  sözün  dedi. Yəni  Ağacavad  Cəfərov "Qırmızı  ulduz" ordeninə, "Döyüşdə  fərqləndiyinə  görə"  medalına  laiq  görüldü. Çünki  biz  düşünmüşdük ki, dövlətin  ən  yüksək  mükafatı  deyiləndə  düşünürdük ki, Moskvaya  onun Sovet  İttifaqı Qəhramanı adına  laiq  görəcəklər. Axı döyüşdə  yaralanan, şəhid  olan  heç kim haqqında bu cür  yüksək  səviyyədə  təqdimat  olmamışdı.
Qısa  haşiyyə:- Hansı ki, başqa  millətin  nümayəndəsi  bizim  diğər  nümayəndə  kimi qoyun  oğurluğuna  gedərkən qarşılıqlı  döyüşdə  bir  neçə  güllə atdığına  görə  biri  "Sovet İttifaqı Qəhrəmanı", digəri  isə  "Qızıl  ulduz" ordeniylə  təltif  edilmişdilər.
Ağacavad  Cəfərovun  yaralanıb  Daşkəndə  gətrilib,  müalicə  olunub, hərbidən  təxris  olunub  ölkəmizə  göndərilməsindən  5 - 6 ay  sonra  mən  məzuniyyətə  gəlmişdim. Ağsu  uşaqlarının  böyük  əksəriyyətinə  söz  vermişdim  ki, mütləq  sizlərə  gedib valideyinlərnizlə görüşüb, sizlər haqqında  danışıb, gücüm çatdığı  qədər  qoyacaqlar  sovqatlardan   gətirəcəyəm. Dediyim kimidə etdim. Hətta bir çoxlarının evinə də getdim, ailə üzvləriylə  görüşdüm. Bütün bu günlər ərzində  görüşmək  istədiyim  Ağacavad  Cəfərovu  rayonda tapmadım. Evlərindən  dedilər  ki, Bakıdadı, "Bakı" mehmanxanasında qalır. Otağın,  bilmirəm  qapıda dayanın  telefon  nömrəsin verdilər. Bakıya  çatan kimi  ilk zəng  etdiyim  Ağacavad  oldu. Hərbi  formada, qış  ayı  olduğundan DMB-yə  hazırlanmış  uzun şinel, parad  formasında  Ağacavad  Cəfərovu  axtarıb  tapdım. Görüşüb elə  Səməd  Vurğun  bağı  ətrafında  bir  yer  tapıb  oturduq. Durub  gələndə  ehtiyyatlanırdım ki, bir  qıçı  protez  olan  Ağacavad  yıxılar, xəsarət alar  və ya  yarasına  nə  isə  olar. Bu  düşüncələrlə hərdən  qolundan  tutmağada  cəhd  edirdim. Elə  bu  məqamda  qarşımızda  bir  podpolkovnik, - "ey  hərbiçi, niyə  yaxanı  bağlamamısan?" sualı  qarşısında  günahkarcasına dayanıb, hıqqanaraq, kəkələyib  nə isə demək  istəyirdim ki, Ağacavad  məni  bu  kəkələməydən  qurtardı.
-Cənab  podpolkovnik, biz  Əfqanıstanda bir yerdə  olmuşuq, yoldaşım ( məni  göstərərək) məzuniyyətə  gəlib, görüşmüşük - deməsindən sonra  podpolkovnik ayaqların qoşalayıb, dik dayanaraq, əlinin barmağların   hərbi  formada qulağnın  dibinə  apararaq, - "baxışlayın, Əfqanıstanda  xidmət  edirsiniz? " - sual edib, bir  qıçın  itirmiş  Ağacavada  baxıb, üzün  mənə  çevirdi.
Orada  vəziyyət  necədi? - deyib, soruşdu.
Yenə məni  Ağacavad  vəziyyətdən  çıxardı. Çünki  mən  yaxamı  düymələyərək,  etdiyim  günaha  görə  hələ  özümə   gələ  bilməmişdim.
- Cənab  podpolkovnik  bu  sirrdir - deməsi bunları güldürdü və məndə  heçnə  başa  düşməyərək  bu  gülüşə  qoşuldum. Podpolkovnik  öz  tövsiyyələrin  verərək  izah  etdi ki, hər  hansı  hərbi  formada  olanın  geyim  forması  qanunla  müəyyən  olunmuş  normada  deyilsə onun  çest (salam) verməsi  qanunla  qəbuledilməzdir. Çünki,  hərbiçinin  geyim  formasının  qanuna uyğun  olması, hərbiçinin,  hərbiçiyə  ən  böyük  hörməti və  ehtiramıdı. Odur ki, formanı  necə  lazımdır  o  cürdə  geyin. Sən  hələki  hərbiçisən. Özünə hörmət əlamətidə olaraq  hərbi  formanı  normaya uyğun geyin...
Oradan  birbaşa  Ağacavadın  qaldığı  "Bakı" mehmanxanasına  gəldik. Onu  qaldığı  otağa yola salıb    evə gəldim. Hərbi hissəyə  qayıdan  gün  yenə  gəlib Ağacavadla  görüşüb elə həmin  günün axşam üstü  aeroporta  yola düşdüm. Bir  neçə  aydan  sonra  ordudan  təxris  olub, Azərbaycana  qayıtdım. Ondan  sonra Ağacavadla  mütəmadi  görüşdük. Mən Bakıda  qaldığımdan  o Bakıya  gələndə, mən  rayona  yolum  düşəndə  görüşlərmiz  olurdu.
42  illik  tanışlığmızda  o  qədər  bölüşməli  günlərmiz  olmuşdu. O qədər  xatırlanacaq, düşünülənəcək  görüşlərmiz olmuşdu. Axır  vaxtlar  arada  ağrındığını, müalicə  aldığını eşitmişdim. Hətda  bir  dəfə  zəng  edib  danışanda səsindən  hiss etmişdim ki, çox  pis  xəstələnib. Tez - tez hal, əhval  tuturdum. Sonralar neçə  dəfə  görüşlərmiz  olmuşdu.
Hiss  edirdim ki, artıq  səhətində  yaranan  problemlərdən  əziyyət çəkir, ağır adam, qıçının  biri  protez çox ağırdır  onun üçün.
Elə buna  görədə  Ağsu rayonuna  növbəti  gəlişimdə  onun  əziyyət  çəkməməsi  üçün  zəng  etməyəcəyimi  qərarlaşdırmışdım. Nədənsə  ürəyim  dözməyib  zəng  etdim. Telefonu  sönüklü  olduğuna  sevindim ki, nə  yaxşı oldu, işimi qurtarıb  çıxıb  gedərəm. Növbəti dəfə  gələndə  və ya  zəng  edəndə işimin  təcili  olduğunu, vaxt edə  bilmədiyimi deyib, podpolkovnik  qarşısında  günahkar  durduğum  kimi  kəkələyib  Ağacavadında  qarşısında duraram. Çünki onun  xoşu  gəlmirdi, ona, "sənə  əziyyət  vermək  istəmirəm" - deməkdən. O dəqiqə elə başa  düşürdüki, qıçının  birinin  bu  vəziyyətdə  olduğuna  görə  belə  deyirik.
Elə buna  görə  sənə  əziyyət  verib  incitmək  istəmirdim  qardaş.
Ancaq  eşitdiyim  mən  incitdi, ürəyim  ağrıdı.
Hələ  nələr  fikirləşirdik  biz, nələr, nələr....
Deyirdik ki, xidmətini  bir  yerdə  çəkmiş  uşaqları  toplayaq görüşək, dərdləşək, o günləri  birdə  xatırlayaq.
Hamsı  arzu  olaraq  qaldı  qardaş.
Elə  ona  görədə  bunu  geniş  yazdım ki, əsgər  yoldaşlarmıza da  bu xatirələrmizi  çatdırım.
ALLAHDAN   SƏNƏ  RƏHMƏT  DİLƏYİB, MƏKANIN  CƏNNƏT OLSUN  DEYİB,  NUR  İÇİNDƏ  YATMAĞNI  ARZULAYIRAM..

Elxas Comerd,
Agsu rayonu.
скачать dle 12.1