Bia.Az

“Ay alçaq, yaşayırdın da!“ - Rasim Balayev

Cəmiyyət
 27-02-2021, 02:03     480

Xalq artisti Rasim Balayevin Yenisabah.az-a müsahibəsi:

- Rasim müəllim, Sovet vaxtı ermənilərlə birgə yaşamısınız, onlar sizin xatirinizdə necə qalıb? Ağlınıza gələrdimi ki, azərbaycanlılara qarşı belə bir soyqırım törədərlər?

- Onların xislətini təxminən bilirdim, amma vəhşiliklərini bu dərəcədə təsəvvür eləmirdim. Əyyub Abbasovun “Zəngəzur” romanı var, orada tarixi faktlara geniş yer verilib, oxuyanda bəzi məsələlər tam şəkildə aydın olur. Bilirsiz, mən elə yerdə yaşamışam ki, ətrafımda ermənilər olmayıb, amma onların xislətini bilmişəm. Bu yaxınlarda Sarkisyan bir müsahibə verdi və “Azərbaycanlılar gözləmirdi ki, bizim əlimizdən belə bir şey gələr”,-dedi. O, çox fəxrlə arvad-uşaqları qırmaqlarından danışdı. Bu, çox faşistcəsinə olan bir müsahibə idi. Görünür, etdikləri ilə qürur duyurlar.

- Bütün bunların fonunda Qarabağda ermənilərlə birgə yaşamağımız nə qədər real səslənir?

- Onlar bu düşmənçiliyi o həddə çatdırıblar ki, bizim onlarla münasibətmizin yaxşılaşması əbədiyyətə qədər mümkün deyil. Məsələn, almanlar Rusiyaya hücum edib, məğlub olub, lakin üstdən 30-40 il keçdikdən sonra onlar arasındakı münasibət normallaşıb. Amma ermənilərlə bizdə bu alınmaz. Onların Qarabağda qalması, bizimlə Xankəndində bir yerdə yaşaması mümkün deyil. Çünki onlar bizim qanımıza susayıblar. Bir neçə gün əvvəl bir erməni biznesmenin müsahibəsini oxudum. “Biz sizinlə dostcasına yaşaya bilərik, amma Qarabağdan heç vaxt əl çəkməyəcəyik. Gəlin belə edək, dünyadakı bütün erməni diaspor nümayəndələri pul toplayıb sizə versin, siz də torpağı bizə verin”,- kimi ifadələr səsləndirirdi. Görün, bunların əqidəsi nə yerdədir. Bunlar bizə torpağımızı satmağı təklif edirlər. Məhz ona görə bizim onlarla yaşamağımız mümkün deyil. Bunlar Allahın bir bəlasıdır, o vaxt ruslar gətirib tarakan kimi torpağımıza tökdü.

- Ermənilərin məntiqə zidd ərazi iddiaları barədə nə deyə bilərsiz?

- Onlar harada yaşayıblarsa, orada çoxalaraq ərazi iddiası irəli sürüblər. Məsələn, Abxaziyanı, Soçini özlərininki sayırlar. Bu milləti öz alimləri, tarixçiləri bədbəxt edib. Ermənistan adlı ölkə heç vaxt olmayıb. Amma bunlar “Böyük Ermənistan” xülyasını bələkdəki uşaqlarına da təlqin ediblər və hazırda da bu xülyadan çıxa bilmirlər. Bir müddət əvvəl Gürcüstanda Axalkalaki “qaynayırdı”. Demək olar ki, orada əksəriyyət ermənidir. Qarabağ savaşı gürcülərə çox böyük yaxşılıq etdi. Bunların başını əzdiyimiz üçün oradakı ermənilər sakitləşdi. Onların arasında bir ağıllı adam yoxdur ki, normal yaşamağı öyrətsin.

- Sizcə, Xocalı cəlladları layiq olduqlar cəzanı alıblar?

- Xocalı soyqırımı onların xislətinin pik nöqtəsidir. İndi-indi bir sıra ölkələr Xocalı faciəsini yad edirlər. Dünya ictimaiyyətinə bu cinayətkarlığı sübut etmişik, amma hələ də cəzalarını almayıblar. Onlar bizim mədəniyyət incilərimizin hamısını məhv ediblər. Qarabağdan oğurlanan xalçaları, hətta Azıx mağarasındakı tapıntıları yığıb aparıblar, üstəlik satıblar. Görün, necə millətdir ki, orada yerləşən Alban kilsələrinin hamısını erməniləşdiriblər. Kilsələrə elə boya vurublar ki, guya bu çox qədimdir. Onlar iddia edir ki, IV əsrdən də qabaq bizim torpaqlarımızda yaşayıblar. Amma 30 min ermənini 1828-ci ildə ruslar gətirib. Mənim 6-7 yaşım vardı, bugünkü kimi yadımdadır, ermənilərin həmin vaxt Qarabağa gəlmələrinin 150 illiyini qeyd etdilər, hətta buna görə heykəl də qoymuşdular. Amma indi deyirlər ki, IV əsrdən əvvəl yaşayıblar. Bunlar kimi xəstə, bədbəxt millət yoxdur, bizi girifdar ediblər, imkan vermirlər ki, insanlar normal fəaliyyət göstərsin, özünə həyat qursun. Onlar sanki Allahın qarğış etdiyi bir millətdir. Vətənləri olmayıb deyə, uğurla başqa ölkələrdə yaşayırlar, amma yenə də Ermənistanı tərifləyirlər. Ermənistan da elə Azərbaycanın torpağıdır. Ermənistan yaxşıdırsa, elə gəlib yaşayın da, niyə xaricdəsiniz? Niyə xaricdən maya qoyursuz? Dəhşətli, sözlə ifadə edilməyəcək qədər alçaq millətdirlər. Heç onlara millət də demək istəmirəm, onlar bir toplumdur. Ona görə də biz nə qədər ki sağıq, gələcək nəsillərə başa salmalıyıq ki, bu adamlardan uzaq durmaq lazımdır. Onlarla bizimki heç vaxt tutmayacaq. Çünki onlar bu düşmənçiliyi ta qədimdən aparırlar, tarixən də bizə qarşı belə olublar. Müharibələr bunu daha da dərinləşdirdi, bundan sonra heç vaxt onları yaxın buraxmaq olmaz.

- Yəqin ki, yaradıcılığınız dövründə də erməni təxribatı ilə üzləşmisiniz…

- Bir az əvvələ gedim. Bildiyiniz kimi Babəki erməni Səhl ibn Sumbat satıb. Qarşılığında da 100 min dirhəm alıb. Biz o vaxt “Babək” filmini çəkəndə, satılma səhnəsini çəkdik, həmin səhnəni çox çətin şəraitdə çəkildi və əla alındı. Amma Moskva həmin hissənin yayımlanmasına icazə vermədi. O, çox gözəl bir epizod idi. O dövrdə Babək Azərbaycan qəhrəmanı kimi göstərilirdi və Moskva dedi ki, onun erməni tərəfindən satılmasını yayımlamaq millətlərarası münasibəti poza bilər, lazım deyil. Buna görə çıxardılar.

- Başqa hansı filmdə erməni təxribatının izlərini hiss etmisiniz?

- Qaçaq Nəbi filminin yayımlanmasına da mane olmağa çalışırdılar. O çəkiləndə ermənilər Moskvaya yüzlərlə məktub göndərmişdilər. Yazmışdılar ki, Qaçaq Nəbi ermənilərə düşmənçilik edib, o filmi qoymayın çəksinlər. Məlumdur ki, həmin vaxt filmlərin hamısını Moskva təsdiq edirdi. Bu filmə də əngəl olmağa çalışmışdılar. Amma güclə çəkdik.

- Erməni aktyor və aktrisalarla münasibətiniz olub?

- Bəli olub, məsələn, yadımdadır 1982-83-cü illərdə biz bir qrup şəklində əvvəl Gürcüstana, sonra isə Ermənistana getdik. Orada bizim görüşlərimiz oldu. Vedi rayonunun birinci katibi bizə qonaqlıq verdi. Həmin vaxt orada bizim azərbaycanlılar da yaşayırdı, hələ onları qovmamışdılar. Gedənlər Tofiq Tağızadə, Şükufə xanım, Muxtar Babayev və Eldəniz Rəsulovun da içərisində olduğu Azərbaycan kino nümayəndə heyəti idi. Orada birinci katib ermənilərin hərəsinin bir Azərbaycan mahnısı oxuyacağını dedi. Fərqli Azərbaycan mahnıları oxumağa başladılar, özü də Azərbaycan dilində və bunların bizə məxsus olduğunu vurğulayırdılar. İndi isə mahnılarımızı da özlərininkiləşdirməyə çalışırlar.

Bunların iç dünyası bizə bəlli olsa da, bu dərəcədə düşmənlik olacağını təsəvvür etməzdik. 1984-85-ci illərdə bir erməni ilə qısa söhbətim oldu. O, Qarabağın tarixən onlara məxsus olduğunu filan dedi. Mən ona tarixi danışanda, fikrinin əsassız olduğunu deyəndə, “Biz Qarabağı alacağıq”,-dedi. Deməli, bunların elə o vaxtdan planları varmış. Mən bunun mümkünsüz olduğunu, faciəyə gətirib çıxara biləcəyini desəm də, o israrla bu fikirləri səsləndirdi. Deməyim odur ki, bunlara uşaq yaşdan belə dərs keçiblər. Özləri üçün “genosid” yeri düzəltmişdilər. Bizi də bir dəfə oraya apardılar. Guya türklər bunları qırıblar, orada bir abidə düzəltmişdilər. Moskvada Heydər Əliyevi işdən çıxarandan sonra onlar baş qaldırdılar. Məsələn, mənim yadımdadır ki, 1987-ci ilin dekabrın 31-də Yeni il günü bir neçə nəfər nahar etmək qərarına gəldik, 6-7 nəfər idik, orada bir "KQB" işçisi vardı, dostumuz idi. O bizə, “Siz bilirsiniz ki, Qarabağda dəhşət hazırlanır?”,-sualını verdi. Bunun Moskvadan hazırlandığını dedi. Deməli, "KQB" də hər şeyi bilirmiş. Fevralda bunlar siyasətlərinə başladılar. Bizim dövlət rəhbərlərinin səriştəsizliyindən bu hadisə baş verdi. Heydər Əliyev kimi adam orada olanda bunlar baş qaldıra bilmirdi. Amma ondan sonra ürəkləndilər, Qorbaçovu ələ aldılar, dəhşət oldu, səbəbsiz yerə nə qədər qan töküldü.

Ay alçaq, yaşayırdın da! Onlar Bakının ən yaxşı yerlərində qalırdılar. Mən öz torpağımda erməninin evində 1971-72-ci illərdə kirayədə qalmışam. Ermənilər prokurorluqda, polisdə, "KQB"-də yaxşı vəzifələrdə idilər. Sadəcə nanəcib millətdir və biz bunu gördük. Torpaq Allahındır. Allah verib ki, gedin yaşayın. Mən istəyərdim ki, heç dünyada sərhəd olmasın, pasportsuz şəkildə kim harada istəyir, yaşasın. Amma nə edək, belə deyil. Sadəcə gülməli olan odur ki, ermənilər də harada ki biraz çoxalırlar, oranın öz torpaqları olduğunu deyirlər, belə olmaz.


BİA.AZ
скачать dle 12.1