Bia.Az

Nadir xəstəlikdən əziyyət çəkən Cavanşir Quliyevdən XƏBƏR VAR - 1 aydan sonra...

Cəmiyyət
 2-03-2024, 14:51     301

“Hazırda özümü yaxşı hiss edirəm. Müalicəm davam edir. 1 aydan sonra müalicə üçün qardaş Türkiyəyə qayıdacam”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.

Xatırladaq ki, fevralın 12-si Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.

 Cavanşir Quliyev Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunub. Həmin müddət ərzində 3 əməliyyat keçirib. Bəstəkar nadir xəstəlikdən əziyyət çəkir.скачать dle 12.1