Bia.Az

Ekvadorun keçmiş vitse-prezidenti 13 il həbs cəzası aldı

Gündəm
 Bu gün, 00:36     47

Məhkəmə Ekvadorun keçmiş vitse-prezidentini Xorxe Qlası 13 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, istintaq sabiq məmuru Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulan büdcə vəsaitlərini mənimsəməkdə təqsirləndirib.

Məlumata görə, vəsaitlər təbii fəlakətin nəticələri ilə əlaqəli olmayan layihələrə, o cümlədən zəlzələdən zərər görməyən obyektlərə və yararsız yerlərdə tikintiyə sərf edilib.

Ekvadorun Yenidənqurma Komitəsinin keçmiş katibi Karlos Bermudes də eyni ittihamla tutularaq, 13 il həbs cəzasına məhkum edilib.скачать dle 12.1