Gələn həftə ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Senatı Rusiyaya qarşı yaxın günlərdə qəbul oluna biləcək yeni sanksiyalar hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə demokrat senator Kris Kuns Fox News telekanalına bildirib.
Onun sözlərinə görə, senatorlar Lindsi Qrem və Riçard Blümental tərəfindən hazırlanmış qanun layihəsinə gələn həftə baxılaraq, təsdiq edilməsi planlaşdırılır.
Respublikaçılar Partiyasını təmsil edən Lindsi Qrem sənədin müzakirəsinin iyulda başlayacağını bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp şəxsən Konqresi bu qanunun qəbulunu sürətləndirməyə çağırıb.