Bia.Az

Azərbaycanda ət niyə bahalaşır, yaxud xarici ət nəyimizə lazımdır... - AKTUAL

Sosial
 23-11-2022, 13:20     250

Bu il Azərbaycanda ətə olan təlabat və ət istehlakı ötən illə müqyaisədə artıb. Belə ki, ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət gətirilib. Bu da ötən illə müqaisədə 1.8 faiz çoxdur.

Ət və ət məhsullarının qiymətləri iyunda 0.2, iyulda 0.4, avqustda 2, sentyabrda isə yalnız mal ətinin qiyməti 14-17 faiz artıb. İyul ilə müqayisədə avqustda Azərbaycanda ət və ət məhsullarının idxal dəyəri 26.4 faiz artıb.

Qeyd edək ki, statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla, ət istehsalı 364.2 min ton olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz çoxdur. Ətə olan təlabatın artması qiymət artımı ilə yanaşı, idxalın da artmasına səbəb olub.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bahalaşma prosesi səngiməyib və hələ davam edir. Bu daha çox ərzaq məhsulları üzrə müşahidə edilir.

“Artıq 20 faizi keçib. Bu isə yerli istehsala məxsus məhsulları da bahalaşdırır. Söhbət, onların maya dəyərindən - istehsal xərclərindən gedir. Ona görə də yerli istehsala məxsus məhsullar lap çox bahalaşıb və bahalaşır. Ət və ət məhsulları da bu sıradadır. Bu isə analoji məhsulların idxalını bir az da çox stimulllaşdırır”,- deyən iqtisadçı hesab edir ki, buna görə hansısa qurumu günahlandırmaq düzgün deyil.

Məsələn, heyvandarlıq üçün yem məhsulları bahalaşıb. Bununun da səbəbləri var. Kənd Təsərrüfatı Nazirliyi buna qarşı hər hansı inzibati tədbir görə bilməz. Odur ki, idxal artır.

“Bəli, ölkəmiz kənd təsərrüfatı məhsulları sırasında ət məhsuluyla özünü təmin etmək iqtidarındadır. Ancaq söhbət burada keyfiyyətli ət məhsulundan gedir. Bu cür məhsulun alışında isə müxtəlif emal və xidmət obyektləri və sair maraqlı deyil. Onlar ucuz məhsula qaçırlar. İdxal ilə real şəraitdə buna getdikcə daha çox cavab verir”,- deyən iqtisadçı hesab edir ki, ümumi bahalaşma tendensiyası səngidikdən sonra sözügedən məhsul növləri üzrə idxal da azalmağa başlayacaq.
скачать dle 12.1