Bia.Az

"Paşinyan güc balansının Azərbaycanın lehinə olduğunu bilir və Ermənistanı qorumaq üçün pakt arzulayır"

Siyasət
 30-01-2024, 12:08     202

“İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan danışıb. O, qeyd edib ki, Ermənistan Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif edib.

Paşinyanın bu təklifi qəbul edilə bilərmi?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyanın bu gün ən çəkindiyi məsələ 29 min kv ərazini qoruyub saxlaya bilməkdir. Bunu özü də hər zaman qeyd edir.
Əhəd Məmmədli
 Əhəd Məmmədli“

Ötən il sentyabr ayında bir günlük lokal antiterror tədbirində Azərbaycan bəyan edəndə ki, Ermənistan silahlı qüvvələri razılaşmaya görə çıxarılır. Yevlaxa görüşə Şaxmaryan gəlmişdi. Onlar bizim tələblərimizi qəbul edəndə Paşinyan bəyanat verdi ki, Qarabağ ərazisində Ermənistan silahlı qüvvələri yoxdur. Paşinyan bu kimi məsələlərdə Ermənistanı kənarda qoymağa çalışır. Elə göstərir ki, bu Ermənistanın məsələsi deyil. O da bilir ki, hazırda güc balansı Azərbaycanın lehinədir və Azərbaycanı özünə təhlükə kimi görür. Bu səbbədən də, Azərbaycana hücum etməmək paktı təklif edir”- deyən Əhəd Məmmədli hesab edir ki, Azərbaycan bu təklifi qəbul etməyəcək və etməməlidir. Çünki güc, üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan niyə qəbul etməlidir ki?
“1994-cü ildən 2020-ci ilə qədər, 26 il müddətində torpaqlarımız, ərazilərimiz işğal altında olanda bizim hansı təklifimizi erməni qəbul etdi ki? Bir kəndimizi belə müharibəsiz vermək istəmədilər. Bir kvadrat kilometr belə könüllü təhvil verilmədi. İndi biz niyə etməliyik? Ona görə güc balansı bizim tərəfdədirsə, biz bunu maksimum istifadə etməyə bacarmalıyıq. Amma belə rahat da olmamalıyıq. Təbii ki, güc balansı bizim tərəfmizdədir. Biz bu güc balansını qoruyub saxlamalıyıq. Bu güc balansını öz lehimizə istifadə etməyi bacarmalıyıq. Biz bu güc balansını özümüz istifadə etməyəcəyiksə, bu güc balansı sadəcə olaraq, indi belə deyək status-kvoyla qalacaq və davam edəcək. Bu da təbii ki, bizim maraqlarımıza cavab vermir. Bizim maraqlarımıza cavab o verir ki, Zəngəzur dəhlizi Azərbaycanın nəzarəti altına keçsin. Yəni Türkiyə ilə Azərbaycanın arasında, Türkiyə ilə Türküstan arasında, Turan arasında, qısaca Türk dünyası arasında və Şərq tərəfdən - Çindən başlayan məşhur İpək yolunu biz istifadəyə verək. Bu da çox böyük layihədir. Çünki buna həm də artıq dünyanın da ehtiyacı var.
Bilirsiniz ki, dünya miqyaslı iki yol var. Biri Hindistandan başlayaraq, Afrikadan keçərək, Avropada yol. Bu yol şübhə altındadır, təhlükədədir. Çünki Afrikada vəziyyət qarışdı, hərbi çevrilişlər oldu. Fransa Afrikanın bir neçə ölkəsindən getməyə məcbur oldu. Orada ciddi itki verdi. Eyni zamanda Qırmızı Dənizdə olan vəziyyət… Bütün bunlar Çindən gələn və Zəngəzur dəhlizindən keçən İpək Yolunun strateji yol kimi vacibliyini daha da artırdı”-deyən politoloq bildirib ki, bu səbəbdən də artıq bu yol işə salınmalıdır. Çünki bu yolun maraqlı tərəfləri sadəcə Azərbaycanla Türkiyə deyil.
Politolqun fikrincə, biz bu gün bu vəziyyətdən istifadə etməyi bacarmalıyıq.скачать dle 12.1