Bia.Az

Bakının Qərblə münasibətlərdə hesablaması… – Avropada böhran anı yetişir

Siyasət
 30-01-2024, 00:57     155

“Dünya hazırda iki qütbə bölünmə mərhələsinə qədəm qoyub. Geosiyasi düzən kökündən dəyişir, köhnə ittifaqlar dağılır, yeni ittifaqlar qurulur. Azərbaycan bu prosesi düzgün dəyərləndirir və buna görə də, uğurlu nəticələr əldə edə bilib”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu səsləndirib.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Qərbin Azərbaycana qarşı səlib yürüşü bəlli mərkəzlər tərəfindən həyata keçirilir:

“Burada pərdəarxası güclər və görünən tərəflər var. Azərbaycan Qərbə qarşı münasibətləri sərtləşdirməkdə maraqlı deyil. Bu sadəcə olaraq Qərbin, daha konkretləşdirsək, Fransanın və ABŞ-daki müəyyən çevrələrin, hazırkı ABŞ hökumətinin yürütdüyü siyasətinin nəticəsidir.
Azərbaycan Qərblə əməkdaşlıqda maraqlı olduğu kimi, Qərb də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Xüsusilə Avropa İttifaqının Azərbaycanla münasibətlərinin kəskinləşməsi məhz Fransanın diktəsi ilə baş verir.

Bəllidir ki, Brüssel bir müddət Azərbaycanın maraqlarına uyğun siyasət yürüdürdü. Sadəcə Fransanın pozucu fəaliyyəti nəticəsində arzuolunmaz mənzərə ortaya çıxdı. Təbii ki, Azərbaycanın reaksiyası adekvat idi və bundan sonra da göstərilən münasibət adekvat olacaq”.


Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu həmçinin diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələrinin Fransanın istəyi ilə uzun müddət oturub-durmayacağı bəllidir:

“Fransanın təzyiqi ilə qərəzli siyasət də bir yerə qədər davam edəcək. Artıq Avropa İttifaqında da fikir ayrılıqları Fransaya qarşı narazılıqları gücləndirib. Ona görə də Fransanın basqısı ilə siyasət bir yerə qədər davam edə bilər.

Birləşmiş Ştatlara gəlincə, seçkidən sonra həm ABŞ-da, həm də bütövlükdə dünyada çox şey kökündən dəyişəcək. Xüsusilə Makron hökuməti üçün ciddi problemlər başlayacaq. Azərbaycan bu prosesləri çox gözəl hesablayır və buna görə də effektiv nəticələr əldə edir. Azərbaycanla diktə dili ilə danışmaq, Bakını təzyiq yolu ilə güzəştlərə məcbur etmək mümkünsüzdür”.скачать dle 12.1