Bia.Az

Paşinyan bəyanat verdi, Bakıdan cavab gözlənilir

Siyasət
 29-01-2024, 15:16     185

“Baş nazir Nikol Paşinyanın Azərbaycana silahlara qarşılıqlı nəzarətlə bağlı razılaşma təklifi adi bəyanatdır, heç bir rəsmi əsası yoxdur”.

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

“Amma bu məsələdə müvafiq impulslar olarsa, müsbət cavab alınarsa, müzakirələr başladıla və növbəti mərhələyə start verilə bilər. Ermənistan qonşuları ilə münasibətlərin nizamlanmasında və sülh sənədinin imzalanmasında maraqlıdır. Yanvarın 4-də sülh müqaviləsi ilə bağlı növbəti təkliflər sənədini Azərbaycana göndərmişik. Hazırda Bakıdan cavab gözləyirik”, – XİN rəsmisi bildirib.скачать dle 12.1