Bia.Az

Yeni antisülh təklifləri nədən xəbər verir?

Siyasət
 29-01-2024, 14:08     170

Ermənistan Azərbaycana maraqlı təkliflər göndərib. Bəli, məhz maraqlı. Üstəlik, rəsmi İrəvanın maraqlarından doğan təkliflərdir.

Təkliflərdən biri budur ki, sülh müqaviləsi gecikərsə, Azərbaycan və Ermənistan bir-birinə hücum etməmək haqqında pakt imzalasın.
Ermənistan baş naziri Nikol Paşinyanın ordu günü ilə bağlı çıxışında söz etdiyi bu təklif istər-istəməz İkinci Dünya Müharibəsi ərəfəsini yada salır. O zaman Sovet İttifaqı ilə Almaniya arasında hücum etməmək haqqında pakt bağlanmışdı. Bu sənədi Sovet İttifaqı tərəfdən xarici işlər üzrə xalq komissarı Vyaçeslav Molotov, Almaniya tərəfdən isə xarici işlər naziri İoaxim fon Ribbentrop 1939-cu il avqustun 23-də Moskvada imzalamışdılar. Ona görə də tarixdə "Molotov-Ribbentrop paktı" kimi tanınır. Ancaq bu paktdan bir həftə sonra Almaniya Polşaya hücum etməklə İkinci Dünya Müharibəsini başlatdı. Bir il səkkiz ay sonra isə Sovet İttifaqımın özümə hücuma keçdi. Sonrası da hamıya məlumdur.
Ermənistan da belə bir paktla vaxt qazanıb, hər kəsi sülhsevərliyinə inandırıb da, revanş götürməkmi istəyir, nə istəyir?!
Əgər Ermənistan hökumətinin hücum etməmək haqqında pakt imzalamağa siyasi iradəsi varsa, elə birdəfəlik sülh müqaviləsinə imza atsın, bitsin bu iş. Niyə bir işi iki dəfə görmək istəyir?! Onsuz da qarşılıqlı hücum etməmək bu formul üzrə, yaxud başqa fotmada sülh müqaviləsində onsuz da əksini tapacaa. Odur ki, belə bir paktın bağlanması artıq işdir. Bu, məsələnin bir tərəfi.
İkinci tərəfdən baxsaq, Azərbaycan Ermənistan üzərində hərbi qələbə qazanıb. Qarşı tərəf kapitulyasiya edib. Sülh müqaviləsinin də bu reallıq - yeni status-kvo nəzərə alınmaqla imzalanması düşünülür. Rəsmi Bakı haqlı və əsaslı olaraq belə düşünür. Hücum edən, işğal edən tərəf Ermənistan idi. Azərbaycan müdafiə olunan, öz torpaqlarını azad edən tərəf idi. 1991-ci ildən bəri keçən müddətdə - hər iki ölkə müstəqil dövlətə çevriləndən bəri Azərbaycan Ermənistana heç vaxt hücum etməyib axı. Bir dəfə də olsun, belə bir fakt olmayıb. Hücum edən tərəf Ermənistan olub. Üstəlik, Ermənistanın hazırda Azərbaycana hücum etməyə gücü qalmayıb, Azərbaycanın isə belə bir niyyəti heç vaxt olmayıb, indi də yoxdur. Azərbaycanın Ermənistana hücum etmək planı, niyyəti olsaydı, 2020-ci ildə, eləcə də, məlum, məşum sərhəd toqquşnaları vaxtı bunu edərdi. Etmədi ki.
O zaman qarşılıqlı pakta nə ehtiyac var?! Ermənistan Azərbaycana hücum etməmək haqqında rəsmən bir qərar qəbul etsə, bu, elə məzmunca həmin paktın özü olacaqdır.
Bir də niyə Ermənistan baş naziri "sülh müqaviləsi gecikərsə" ifadəsini işlədir. Sülh müqaviləsini gecikdirən tərəf özüdür; Azərbaycanın 44 günlük müharibədən sonra Ermənistana göndərdiyi sülh prinsipləri yetərincə açıq və adildir. Ermənistan bu prinsipləri o zaman qəbul etsəydi, sülh müqaviləsi elə 3 il bundan əvvəl imzalanmış olardı. Onsuz da müqavilənin bağlanması 3 ildir ki, Ermənistanın mövqeyi üzündən yubanıb. Daha nə qədər ləngidəcək?!
Ermənistan tərəfinə daha sual yaranır: müqavilə niyə yubanmalıdır ki?! Yubatmayın, yubanmasın.
Paşinyanın bu çıxışından belə anlaşıır ki, Ermənistan hökuməti müqavilə imzalamağa qəsdən yubanır, bu işi görməyi yubatmağa çalışır. Bunun üçün elə təkliflər irəli sürür ki, Azərbaycan "yox" desin və məsuliyyət Bakının üzərində qalsın.
Bu aspektdən baxdıqda, Ermənistanın silahlara qarşılıqlı nəzarət mexanizmi haqda təklifi də eyni məqsədə yönəlib. Hətta absurd görünür.
Bütün dövlətlər ordusunu möhkəmləndirir. Hər kəs yeni silahlar alır. Azərbaycanın 30 illik acı təcrübəsi var; ərazisi işğala məruz qalmışdı və keçmiş işğalçı dövlətdə hələ də gələcək hərbi revanş niyyətləri güdən qüvvələr var və qalır. Üstəlik, Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin etibarlı müdafiəsi, sərhədlərinin mühafizəsi üçün əlavə ehtiyatlara ehtiyacı var. Bu baxımdan yeni silah alması, ordu gücünü artırmaq istəməsi normaldır. Ermənistan isə əks durumdadır; işğal etdiyi torpaqlardan qovulub və 17 min kvadrat kilometrlik bir əraziyə nəzarət etmək qayğısından azad olunub; Qarabağda və Şərqi Zəngəzurda saxladığı hərbi kontingent öz ölkəsinə qayıdıb. Rəsmi İrəvanın yükü xeyli yüngülləşib. Əgər Azərbaycana və ya başqa bir qonşusuna hərbi intervensiyaya hazırlaşmırsa, yenidən bu qədər silahlanmaq Ermənistanın nəyinə gərəkdir?! Üstəlik, ərazisində onsuz da başqa dövlətin - Rusiyanın hərbi bazası var və sərhədlərini Rusiya sərhəd qoşunları qoruyur. Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxmayıb.
Ermənistan niyə nəzarət gərəkdirəcək qədər silahlanır ki?! Nə lüzum var?! Həm də silahlanma üzərində müxtəlif səviyyələrdə beynəlxalq monitorinq mexanizmləri onsuz da varkən.
Anlayacağınız: Ermənistan sülh təklifləri adı altında yeni antisülh təklifləri göndərib.
Deyəsən, normallaşmanı yubatmaq haqqında xaricdən yeni əmrlər gəlib...
Bahəddin Həzi, Bizimyol.infoскачать dle 12.1