YENƏ DƏ MƏLUM İT SÜRÜSÜ... - Elbariz Məmmədli YAZIR
İstədim bu məsələyə çox ciddi yanaşmayım, amma hər baxışda gözə girən bu soysuzların çərənləmələrini eşitdikcə, adam istər-istəməz dinmək məcburiyyətində qalır. Yenə it sürüsü kimi tökülüblər Azərbaycanın üstünə. Zatulinlərin, popovların, tolstoyların, simonyanların, solovyevlərin, skabeyevaların, kedmilərin sırasına sosial şəbəkələrdə yeniləri də qoşulub. Və bizə çatdırmaq istədikləri bircə niyyətləri var: “Rusiyanın cavabı ağır olacaq! “
Əvvəla, onu deyim ki, soyu olmayan, quldurluq yolu ilə yaradılan və yarandığı gündən insanlıq üçün bəlaya çevrilən rus İmperiyasının sonu yaxınlaşdıqca, aqressiyası da son həddə çatır. Bizim torpaqlarımızı parçalayıb itə-qurda yem edən, milli kimliyimizi soyqırımına məruz qoyan, Qarabağ bəlasını xain köksündə bəsləyib canımıza salışdıran bu şər dövləti Azərbaycanı pomidor və şaftalı bazarını bağlamaqla hədələyir. Özü də FSB-nin yedəyində bəsləyib ekran-efirə ötürdüyü itlərinin əliylə. Gör nə qədər cılız və düşük təfəkkür sahibidirlər ki, XXI əsrdə silah kimi pomidor bazarına yasağa əl atırlar. Yeri gəlmişkən, bir neçə il əvvəl rus mənbələrində sensasiyalı bir məlumat yayılmışdı. Sən demə, aparıcı Skabeyevanın nənəsi almanlarla müharibədə faşist həbs düşərgələrinin birində çalışıb. O əsasən öz həmvətəni olan sovet əsirlərinin sobalarda yandırılmasına xidmət edirmiş. İndi onun nəvəsini anlamaq o qədər də çətin görünmür.
Avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərlərinin sülh niyyəti ilə Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşməsi “mehriban” qonşularımızı əməlli-başlı hərəkətə gətirib və bu da onların hansı xislətin sahibi olduqlarını aydın sübut edir. Deməli, Azərbaycan və erməni xalqları sona qədər bir-birinin qanını içməli və burda ruslarla farsların maraqları təmin olunmalıymış. (Ermənilərin xisləti məlumdur, amma yüz illərdi davam edən savaşın memarı onlar deyillər. ) Aydın məsələdir ki, bu niyyətin mayasında Türk düşmənçiliyi dayanır. Çünki hər iki dövlətin sinəsində alovlanarsa, sönməsi mümkün görünməyən Türk ocaqları var. O ki, qaldı Amerika görüşünə, bir vətəndaş olaraq mən, nə Qərbin, nə də Rusiya, İran və Çin kimi dövlətlərin səmimiyyətinə inanmıram. Amma Azərbaycan və Ermənistan rəhbərlərinin sülh təşəbbüsləri alqışlanmalıdır ki, nəhayət regionu rus əsarətindən kənarda tutub, qanlı savaşlardan yayınmaq imkanı əldə edilmiş olsun. Bu millətin qanı yüz illərdi axıdılır və bütün bunlar rus cinayətinin nəticəsidir. Çünki Kreml xuntası üçün insan adına müqəddəs heç nə yoxdu. Özünün bir milyona yaxın vətəndaşını haqsız olduğu Ukrayna savaşında ət maşınından keçirən bir dövlət başqaları üçün mərhəmətli ola bilməz.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri ölkənin bütün milli düşüncə adamları dünyəvi dəyərlərə inteqrasiya yolunu məqbul hesab ediblər və bu gün də həmin düşüncədə qalırlar. Hərçənd ki, rus ideologoyasının xıdmətçisi olanlar hər vasitə ilə dünyəviliyin və Türk dünyası ilə yaxınlaşmanın qarşısına çəpər çəkiblər. İndi bu mühavizəkarlıq nisbətən səngisə də, rus nökərliyi hələ öz mövqeyini qoruyub saxlamaqdadır. Təki ABŞ-da ortaya atılan niyyət Trampın növbət blefi yox, gerçəklik olsun. Çünki bu xalqın daha yaxşı və rahat yaşamaq haqqı var. Tanrı Azərbaycanımızı və qardaş Türkiyə başda olmaqla, bütün dost-doğmalarımızı qorusun! Rusiya var olduqca dünyada günahsız axıdılan qanlar da kəsilməyəcək. Lənət olsun!
şair-publisist
BİA.az








