Bia.Az

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

Siyasət
 Bu gün, 01:55     0

Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri bizim rolumuzdan danışır. Bu, təəccüblü ola bilər, lakin Çin də bundan danışır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili "İmedi" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ölkələrin Gürcüstana göstərdiyi ləyaqətli münasibət nümunəvidir.

Kavelaşvili Gürcüstanın milli maraqlara əsaslanan xarici siyasət yürütdüyünü qeyd edib.

"Biz milli maraqları formalaşdırmaqla qarşılıqlı etimada, qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanan siyasət aparmağa çalışırıq. Mən bütün ölkələrlə bu prinsiplərə söykənən münasibətlər qurmağa hazıram", - o əlavə edib.скачать dle 12.1