Yevlaxda baş verən qətlin TƏFƏRRÜATI – YENİLƏNİB
Yevlaxda baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Hacıselli kəndində baş verən qətl hadisəsinin səbəbləri təxminən ilyarım əvvəl baş vermiş münaqişə ilə bağlıdır.
Belə ki, Hacıselli kənd sakinləri Eşqin İsmayılov və Natiq Abbasov arasında ədavət olub.
Bu gün qətlə yetirilən 1984-cü il təvəllüdlü Eşqin İsmayılov vaxtilə 1963-cü il təvəllüdlü həmkəndlisi Natiq Abbasovu evinə dəvət edib. İçkili vəziyyətdə olan Eşqin İsmayılovla Natiq Abbasov arasında mübahisə yaranıb. Eşqin İsmayılov oğlu ilə bir yerdə Natiq Abbasovu döyərək ona ağır xəsarət yetiriblər.
Bu hadisə ilə əlaqədar Eşqin İsmayılov 8 aylıq məhkumluq həyatı yaşayıb.
Bu gün isə Natiq Abbasov həmkəndlisi ilə mübahisə etdikdən sonra odlu silahdan atəş açaraq Eşqin İsmayılovu evinin önündə qətlə yetirib.
***22:44
İyunun 23-də Yevlax rayonu ərazisində 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.










