ABŞ ordusu bu ölkəyə girə bilər – Hücum anonsu
ABŞ administrasiyasının Afrikanın Sahel bölgəsində fəaliyyət göstərən və Əl-Qaidə ilə əlaqəli silahlı qruplaşma JNIM-ə qarşı hərbi əməliyyatlara başlaya bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “İnternews” məlumat yayıb.
Belə ki, Pentaqon mümkün əməliyyat çərçivəsində pilotsuz uçuş aparatları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə qruplaşmanın Malidəko rəhbər heyətinə zərbələr endirilməsi ssenarilərini nəzərdən keçirir.
Qeyd edək ki, Mali hakimiyyəti son illərdə ABŞ hərbi qüvvələrinin ölkədəki fəaliyyətinə son verib. Hazırda isə rəsmi Bamako təhlükəsizlik sahəsində Rusiya və “Vaqner Afrika Korpusu” ilə əməkdaşlığını davam etdirir.










