Bia.Az

Mahir Emreli: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

İdman
 27-08-2021, 10:26     21

"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".
Report" xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
24 yaşlı hücumçu görüşdə əllərinə düşəndə şansdan yararlandıqlarını bildirib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr.
Futbol kollektiv oyunudur. Komanda şəklində oynadıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".
Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Mənim üçün fərqi yoxdur".скачать dle 12.1