Bia.Az

SON DƏQİQƏ! Sabiq prezidentin qızı SAXLANILDI - İranda nə baş verir?

Gündəm
 28-09-2022, 14:57     236

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyandan İranda keçirilən nümayişlər və Məhsa Əmininin ölümünə verilən reaksiyalarla bağlı yeni açıqlamalar gəlib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Abdullahiyan Məhsa Əmininin ölümündən təəssüfləndiklərini və hər il ABŞ və İngiltərədə onlarla qadının oxşar şəkildə həyatını itirdiyini vurğulayıb.
İRANDAN ABŞ-A MESAJ

"Əmini hadisəsinə bənzər hallar hər il başqa ölkələrdə də baş verir. Cənab Prezidentimiz hadisənin baş verdiyi ilk gündən məsələni yaxından izləyir və araşdırmalara başlanıb" - iranlı nazir deyib.
Abdullahiyan iranlıların Əmini üçün başlatdıqları dinc nümayişlərin xarici qüvvələrin təxribatı ilə alovlandığını bildirib:
“İngiltərə mərkəzli media orqanları İranda başlayan və dinc yolla bitən nümayişləri qızışdırmağa və təhrik etməyə çalışırlar. İran rəngli inqilabların və çevrilişlərin olacağı ölkə deyil. Birləşmiş Ştatlar bilməlidir ki, İranda rejim dəyişikliyi olmayacaq. İran xalqı şüurludur. Onlar dinc nümayiş, etiraz və anarxiya arasındakı fərqi bilirlər. Biz onların tələblərini dinləyirik və əhəmiyyət veririk".
KEÇMİŞ PREZİDENTİN QIZI SAXLANDI

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faize Haşimi ölkədə davam edən nümayişləri dəstəklədiyi səbəbindən saxlanılıb.
Onun aksiyanı daha da qızışdırdığı iddia olunur.
Haşiminin İranda hansı təhlükəsizlik qurumunun saxlandığı barədə məlumat verilməyib.
Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanaraq döyüldükdən sonra xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Tehran Polis İdarəsi Məhsa Əmininin ölümü ilə bağlı verdiyi açıqlamada Əmininin uyğun olmayan baş örtüyünə görə saxlandığını, daha sonra heç bir fiziki təmas edilmədən polis idarəsində huşunu itirdiyini bildirib. Hadisədən sonra bütün ölkəni etiraz aksiyaları bürüyüb.
İran dövlət televiziyası ölkə daxilində baş verən etirazlarda polis zabitləri və İnqilab Keşikçiləri milislərinin üzvləri də daxil olmaqla ən azı 41 nəfərin həyatını itirdiyini açıqlayıb.скачать dle 12.1