Bia.Az

SON DƏQİQƏ! Rusiyanın ilhaq planı işə düşür - Gərginliyi artıran nəticələr ELAN EDİLDİ

Gündəm
 28-09-2022, 14:55     229

Ukraynanın 4 vilayətində keçirilən referendumun nəticələri bəlli oldu, Luqansk və Xerson liderləri Rusiyaya birləşmək üçün rəsmən müraciət etdi

Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrində Rusiyaya birləşmək üçün sentyabrın 23-də başlayan referendumda səsvermə prosesi dünən başa çatıb.

Avropa və Ukrayna qanunsuz keçirilən referendumun nəticəsinin əvvəldən bəlli olduğunu vurğulayaraq, nəticələri heç vaxt tanınmayacaqlarını bəyan ediblər.

Musavat.com xəbər verir ki, Rusiya mediası səsvermə prosesi bitməzdən əvvəl ilk nəticələri açıqlayıb və iddia edib ki, dörd region Rusiyaya birləşməyə böyük dəstək verib.

Seçki nümayəndələrinin verdiyi açıqlamalara görə, Rusiyaya qoşulmaq istəyənlərin nisbəti qondarma Donestk Xalq Respublikasında 99, qondarma Luqansk Xalq Respublikasında 98, Zaporojye vilayətində 93, Xersonda isə 87 faiz təşkil edib.

Seçkilərin nəticələrinin aydın olması ilə Luqansk lideri Leonid Paseçnik və Xerson lideri Vladimir Saldo Rusiyaya qoşulmaq üçün Kremlə rəsmi müraciət etdiklərini açıqlayıblar.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, referendumla bağlı qərarın qəbul edilməsi bölgə xalqının öz işidir.
“Biz əvvəldən deyirik ki, regionda yaşayan insanlar öz müqəddəratını təyin etməlidirlər” - Lavrov bildirib.скачать dle 12.1