Bia.Az

“BU ZAMAN ERMƏNİSTANLA SAVAŞ QAÇILMAZ OLACAQ...” - “Laçın rayonu və kəndləri ilə bağlı rus sülhməramlılara sərt xəbərdarlıq edilməlidir”

Gündəm
 30-06-2022, 16:31     309

Oqtay Qasımov: “Rusiya Azərbaycanda təsirini saxlamaqda israrlı görünür və buna cəhd edir, amma hazırda Azərbaycan fərqli mövqedədir...”

“Biz yeni çəkilən və bir müddətdən sonra istifadəyə veriləcək yolu dəhliz deyil, elə Laçın yolu kimi ifadə etməliyik”


Müharibənin başa çatmasının az qala iki ili tamam olur, amma Ermənistan sülh prosesini, münasibətlərin qaydaya salınması və kommunikasiyaların açılmasını tormozlamaqda davam edir.

Azərbaycan Prezidenti Kəlbəcərə və Laçına səfəri zamanı bu mövzuda danışdı, ermənilərə sərt xəbərdarlıq etdi. Bundan dərhal sonra Ermənistan baş naziri Azərbaycanın müharibəyə hazırlaşdığını elan etdi və bildirdi ki, bunun üçün Bakı bəhanələr tapmağa çalışır. Bu da göstərir ki,Ermənistan sülhə gəlməyə hazır deyil.

“AzPolitika.info” bu mövzunu politoloq Oqtay Qasımovla müzakirə edib:

- Nikol Paşinyan Azərbaycanın müharibəyə hazırlaşmaq üçün bəhanələr axtardığını iddia edib. Sizcə, bununla Paşinyan hansı mesajı verir və onun məqsədi nədir?
- Paşinyan sosial şəbəkə üzərindən canlı yayım zamanı bir sıra məqamlara toxunub və mən deyərdim ki, işlətdiyi fikirlər əvvəllər səsləndirdiyi ziddiyyətli fikirlərin davamı kimi görünür. Ermənistan tərəfindən ziddiyyətli, absurd və gerçəkliyə uyğun gəlməyən fikirlər eşitdikdə artıq təəccüblənmirik. Paşinyan sadəcə olaraq çox yaxşı bilir ki, Ermənistan 10 noyabr razılaşmasından sonra həm 11 yanvar, həm də 26 noyabr tarixlərində keçirilmiş üçtərəfli görüşlərdə əldə edilən öhdəlikləri də yerinə yetirmir. Bununla paralel olaraq Brüssel görüşləri keçirilib, son iki görüşdə konkret məsələlər müzakirə edilib və qərarlar alınıb. Amma Ermənistan bu öhdəlikləri yerinə yetirmir, prosesi uzatmaq və əngəlləməklə məşğuldur. Bu səbəblərdən özünün hərəkətlərinə hansısa formada əsas yaratmaq istəyir. Guya Azərbaycan 30 ildən artıqdır ki, Ermənistanı izolyasiyada saxlayır və bundan sonra da saxlamaqda maraqlıdır. Məsələn, elə bu fikrin özü ziddiyyətlidir.
Müharibəyə hazırlıq məsələsinə gəldikdə, Azərbaycan Prezidenti savaşdan sonra etdiyi çıxışlarında daim qeyd edib ki, Azərbaycan müharibədən sonra sülh təşəbbüsü ilə çıxış edir, bu məqsədlə 5 maddədən ibarət təkliflər irəli sürüb. Ermənistan da guya prinsipcə bunu qəbul edib, amma konkret hərəkət yoxdur. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistandakı revanşist qüvvələri və qərar verənləri xəbərdar edib ki, siz sülh prosesinə getməsəniz və öhdəliyi yerinə yetirməsəniz sülhə zərər vermiş olacaqsınız. Sülhün də alternativi savaşdır. Prezidentin son səfəri zamanı Laçın və Kəlbəcərdə səsləndirdiyi fikirlər də bu istiqamətdə idi. Burada konkret olaraq Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa dəvət olunurdu. Ancaq Ermənistan indiyə qədər prosesi tormozlayıb. Bu baxımdan Azərbaycanın müharibəyə hazır olmasına dair deyilənlər erməni cəmiyyətinə mesaj kimi də dəyərləndirilə bilər. Məşhur ifadədə deyilir ki, sülh istəyirsənsə, müharibəyə hazır ol. Azərbaycan da bu prinsiplə hərəkət edir. Ermənistana konkret sülh təklif edir. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, öz silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarmasa, o cümlədən Zəngəzur dəhlizinin açılmasına əngəl yaratsa, bu zaman savaş qaçılmaz ola bilər. Bu baxımdan Paşinyan həm erməni cəmiyyətinə xəbərdarlıq edir, həm də beynəlxalq ictimaiyyətə yanlış bilgi çatdırmaqla təbliğat xarakterli addım atır.
- Bir müddət sonra Laçın şəhəri və bir neçə kənd Azərbaycanın nəzarətinə keçməlidir. Son məlumata görə, Laçın dəhlizinə alternativ yolun inşası artıq başa çatmaq üzrədir. Erməni müxalifəti isə faktiki olaraq buna qarşıdır. Bu prosesdən gözləntilər nədən ibarətdir?
- Laçın Azərbaycana təhvil veriləcək. Eləcə də Zabux və Sus kəndləri. Bu kəndlərdə yaşayanlar Suriya və İraqdan gələnlərdir. Onlar Laçın işğal edildikdən sonra bu ərazidə yerləşdiriliblər. Onların başqa imkanları yoxdur, rədd olub həmin ərazilərdən getməlidirlər. Onlar tarixən Qarabağda yaşayan ermənilər olmayıb ki, hansısa bəhanə gətirilsin. Bunlar Suriya, Livan və ya Ermənistandan gətirilən ermənilərdir. Zabux kəndinin guya icma rəhbəri olan Andranik Aşotyan da Suriya ermənisidir. Onlar oradan çıxarılmalı, müqavimət göstərənlər dərhal məhv edilməlidir.
- Biz müharibədən sonra ermənilərin Kəlbəcərdən və Laçının əksər kəndlərindən necə çıxmasının şahidi olduq. Onlar Azərbaycan ərazilərini tərk edərkən evləri yandırdılar, meşələri qırdılar, infrastrukturu məhv etdilər və s. Laçın rayonu və kəndlər Azərbaycana təhvil verilərkən anoloji hallar yaşana bilərmi?
- Mən bunu mümkün hesab edirəm. Çünki vandalizm, faşizm və terrorizm bu millətin mentaliteti, xarakteridir. Məncə, Azərbaycan tərəfi bu məsələni Rusiya sülhməramlıları adı altında yerləşən hərbi kontingentlə danışmalı, onlara xəbərdarlıq etməlidir. Birmənalı şəkildə belə halların məsuliyyəti rus hərbi kontingentinin üzərindədir. Buna imkan verilməməlidir. Sözsüz ki, ermənilər belə cəhdlər edəcəklər. Amma Qarabağda yerləşən rus kontingenti bunun qarşısını almalı və ermənilərə xəbərdarlıq etməlidir ki, şələ-şülələrini götürüb çıxsınlar. Artıq erməni terrorçularının və revanşistlərin nazı ilə oynamaq dövrü bitib. O cümlədən rus sülhməramlıların qarşısına sərt və konkret tələblər qoyulmalıdır.




Ətraflı
- Sergey Lavrovun Bakıya səfəri baş tutdu. Sizcə, Lavrov Azərbaycana hansı məsələlərlə gəlmişdi və Bakıdan hansı uduşla getdi?
- Hesab edirəm ki, Lavrovu Bakıya gətirən çoxlu səbəblər var. Rusiya Ukrayna təcavüzündən sonra bütün dünyada izolyasiya olunmuş hala düşüb. Rusiya eyni zamanda Avropa Birliyinin və Qərbin Cənubi Qafqazda fəallaşmasından narazıdır, bunu da gizlətmir. Xüsusilə, aprel və may aylarında Brüsseldə baş tutan üçtərəfli görüşlərdən sonra Rusiyadan qıcıqlanma və narahatlıqla yanaşı hiddət də göründü.
Lavrov eyni zamanda Ermənistana səfər etmişdi və bununla da onlar guya balanslı addımlar atırlar. Ehtimal edirəm ki, Bakıda müzakirə olunan məsələlər səsləndirilən bəyanatda olduğu kimi deyil. Təbii ki, bağlı qapılar arxasında başqa məsələlər müzakirə edilib. Qənaətimcə, bunlardan biri Rusiyanın beynəlxalq sanksiyalardan yayınması üçün Azərbaycandan istifadə etmək niyyəti ola bilər. Eləcə də kommunikasiyalara müəyyən nəzarətin əldə olunması məsələsinin müzakirəsi mümkündür. Konkret Ukrayna prosesi uzun müddət davam edəcəksə və Zəngəzur dəhlizi açılacaqsa, Rusiya maraqlı olacaq ki, Zəngəzur yoluna özü nəzarət etsin. Həmçinin, Azərbaycan və Ermənistan arasında atılacaq hansısa əməli addımlar onun nəzarətində olsun. Lavrovun Bakı səfəri zamanı səsləndirilən rusdilli məktəblər, ölkəmizdə rus dilinin inkişafı, informasiya təhlükəsizliyi və s. məsələlər deklarativ olduğu qədər də vacib məqamlardır. Lavrov Bakıda olarkən Qarabağ ərazisində erməni təxribatı yaşandı. İşxan Saqatelyan və digər revanşist qüvvələrin təmsilçilərinin Qarabağa buraxılması açıq təxribat idi. Yəqin ki, bu məsələlər də Lavrovun diqqətinə çatdırılıb. Qısası, Rusiya Azərbaycanda təsirini saxlamaqda israrlı görünür və buna cəhd edir. Lavrov bu niyyətlə gələ bilər.
Amma hazırda Azərbaycan fərqli mövqedədir. Türkiyə ilə bağlanan Şuşa Bəyannaməsi ilə bərkiyən müttəfiqliyimiz getdikcə Azərbaycanın qlobal mənada artan strateji rolunu göstərir. Eyni zamanda enerji təminatçısı kimi yüksələn rolu onu fərqli mövqeyə çıxarıb. Bu baxımdan Lavrov Azərbaycanın nələr edəcəyini görmək istəyirdi. Rusiya imperiyasının marağındadır ki, 200 ildən artıq müstəmləkədə saxladığı bölgələrdə maraqları və təsiri qalsın. Bunu bir müddət əvvəl Rusiya prezidentinin Sankt-Peterburqda özünü I Pyotrla müqayisə etməsi və özünü onun davamçısı adlandırmasında da görə bilərik. Rusiyanın konkret niyyəti bölgəni nəzarətdən buraxmamaqdır. Lavrovun səfərinin qısa mahiyyəti bundan ibarətdir.
- Hazırkı dövrdə Moskva Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işlək hala gəlməsi və İrəvanla Bakı arasında normal münasibətlərin qurulmasında nə dərəcədə maraqlıdır?
- Burada məsələ bir qədər qarışıqdır. Rusiya Azərbaycan və Ermənistan arasında problemin tam və qəti həll olunması və normal münasibətlərin qurulmasında maraqlı deyil. Belə olduğu halda bölgədə Rusiyanın nəzarəti və təsir imkanları azalacaq. Qarabağ sülh bölgəsinə çevriləcəksə, Rusiyanın burada edəcəyi bir şey qalmayacaq. Rusiya ancaq separatçı qurumları dəstəkləməklə gərginlik yaratmağa və bundan faydalanmağa çalışır. Rusiyanın metodu və siyasəti budur. Rusiyanın nə yüksək texnologiyaları, nə ciddi iqtisadi göstəriciləri, nə də geniş maliyyə imkanları var ki, bölgədə Qərbin təqdim etdiyi layihələrə qarşı dura bilsin. Buna görə də adətən qaba gücdən istifadə edir.
Zəngəzur dəhlizinə gəldikdə, məncə, Rusiya onun açılmasında maraqlıdır. Amma o şərtlə ki, bu yol özünün tam nəzarətində olsun və istədiyi zamanı onu dayandıra bilsin. Yəni təsir rıçaqlarını əldə saxlamaq şərti ilə öz yüklərinin daşınması, digər yükləri istənilən an blok etməsi şərti ilə buna razı ola bilər. Doğrudur, Putin 10 noyabr sazişinə imza atıb, amma Rusiya dünyada heç də öz imzasına hörmət edən dövlət kimi tanınmır.
- Laçın dəhlizinə alternativ olaraq çəkilən yolu Azərbaycan nə dərəcədə öz nəzarəti altında saxlaya biləcək?
- Bu yol nəzarətdə saxlanılacaq. Necə ki, indi Laçın şəhəri və Zabux kəndindən keçən yola Azərbaycan nəzarət edə bilir, zənnimcə, eyni vəziyyət Laçın şəhərinin kənarından çəkilən paralel yolda da yaşanacaq. Mən daha irəli gedərək hesab edirəm ki, Zəngəzur üzərindən keçəcək dəhlizdə gömrük nəzarəti olacaqsa, Azərbaycan da birmənalı şəkildə yeni yolun başlanğıcında bunu tətbiq etməlidir. Mən təklif edərdim ki, biz yeni çəkilən və bir müddətdən sonra istifadəyə veriləcək yolu dəhliz deyil, elə Laçın yolu kimi ifadə edək. Çünki dəhliz məsələsi ciddidir. Əlbəttə, ruslar 5 il müddətində özlərini yaxşı aparacaqsa, bu zaman biz onların qalıb-qalmamasını müəyyən edəcəyik. Amma mən hesab edirəm ki, gələcəkdə bu yol Azərbaycanın nəzarətində olmalıdır. Hadisələrin gedişatı da göstərir ki, biz gələcəkdə Qarabağda erməni məsələsini çözəcəyik. Orada yaşamaq istəyənlər Azərbaycan qanunlarına tabe olub ölkə vətəndaşlığını qəbul edəcəklər. Digər vətəndaşlarımız kimi haqq və hüquqlardan istifadə edəcəklər. Qalmaq istəməyənlər də çıxıb gedəcəklər. İndi Laçın dəhlizinə alternativ yolun çəkilməsi lazım idi, onun qısa müddətə çəkilməsi də müsbət haldır.
Nəzərə almaq lazımdır ki, ermənilərin hazırda Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı təklif etdiyi variant absurddur. Bu, həm də 10 noyabr anlaşmasının müvafiq bəndinə ziddir. Çünki üçtərəfli razılaşmada konkret olaraq dəmir yolu və avtomobil yolunun Mehri üzərindən açılmasından bəhs edilir. Biz buna diqqət etməliyik. Ermənilər hazırda Horadiz-Qubadlı-Gorus və ya Laçından Gorusa keçərək Şahbuz yolunu təklif edirlər. Bu da qəbul ediləsi təklif deyil. Çünki həm relyef, həm zaman, həm də daşınmaların həcminə təsir baxımından bu yol birmənalı şəkildə uyğun deyil. Bu halda məsafə uzanır, relyefin sərt olması səbəbindən qış fəslində hərəkət imkanları sıfıra enir. Zəngəzur dəhlizindən 42 kilometr uzunluqda dəmir yoluna paralel avtomobil yolu keçməlidir. Biz buna da diqqət etməliyik.

BİA.AZ
скачать dle 12.1