Bia.Az

Ermənistan-Türkiyə sərhədi humanitar məqsədlə açıldı: Bəs Zəngəzur dəhlizi?

Gündəm
 13-02-2023, 02:02     280

1993-cü ildən bəri ilk dəfə olaraq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsi erməni yük maşınları Türkiyəyə humanitar yardım çatdırmaq üçün açılıb.

Nəzərə alsaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi sonrası Ermənistan Türkiyə ilə həm münasibətlərin normallaşması, həm də sərhədlərin açılması istiqamətində danışıqlar aparır. Marqara-Alican sərhəd-keçid məntəqəsi hər nə qədər humanitar məqsədli açılsa da bəzi suallar yaradır.
Maraqlıdır, Türkiyəyə humanitar yardımların çatdırılması üçün açılan Ermənistan-Türkiyə sərhədi sonrakı etapda davamlı şəkildə açıq qala bilərmi? Ermənistan bənzər şəkildə Azərbaycandan Türkiyəyə gedən humanitar yük maşınları üçün Zəngəzur dəhlizi də açıla bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyənin Ermənistan ilə bağlı atdığı hər addım Azərbaycan ilə razılaşdırılır:
“Mümkündür ki, Marqara-Alican sərhəd-keçid məntəqəsi açılarkən də rəsmi Ankara bu haqda Bakıya məlumat verib. Azərbaycan hər məsələdə olduğu kimi bu məsələdə də Türkiyəni düşünür və buna etiraz etməyib.

Elxan Şahinoğlu
Ümumiyyətlə Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Ermənistan ilə bağlı istədiyi qərarı verə bilər. Bənzər formada Türkiyə tərəfi də dəfələrlə bildirib ki, Ermənistanla danışıqlar və iki ölkə arasında sərhədlərin açılması Ermənistanın Azərbaycan ilə mövcud gərginliyi sonlandırması ilə mümkündür.
Lakin bütün bunlara baxmayaraq hesab edirəm proses uzunmüddətli olmayacaq. Bir daha qeyd edim ki, istisna hal kimi humanitar məqsədlər ilə Ermənistan-Türkiyə sərhədi açılıb. Lakin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin davamlı surətdə açılması üçün danışıqlara ehtiyac var”.
Politoloq Ermənistanın humanitar məqsədlər üçün Zəngəzur dəhlizində açması ehtimallarını dəyərləndirib:
“Prinsip etibarilə Türkiyənin istəyi ilə bu, mümkün ola bilər. Lakin bunun da davamlı olacağını düşünmürəm. Digər tərəfdən, ermənilər xislətlərinə uyğun sərhəddə Azərbaycan TIR-larını uzun müddət saxlada, onların qardaş Türkiyəyə çatmasına mane ola bilər”.скачать dle 12.1