Bia.Az

“COVID-19″la bağlı sirlər açıldı: Virus Çində yox, bu ölkədə yaradılıb

Dünya
 Bu gün, 01:57     72

Tanınmış iqtisadçı Ceffri Saks COVID-in mənşəyi ilə bağlı dörd illik araşdırmanın nəticələrinə əsaslanan bir sıra tezislər dərc edib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, COVID-19 virusu laboratoriyada yaradılıb, lakin Çində deyil, başqa ölkədə hazırlanıb.

O əlavə edib ki, COVID-19 pandemiyasına əvvəldən laboratoriya mənşəli və hətta ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) tərəfindən etiraf edilən virus səbəb olub. Amma virus Çində yox, ABŞ-da yaradılıb.

“Mən bu mövzuda beynəlxalq komissiyaya rəhbərlik etdiyim üçün son dörd il ərzində məsələni çox dərindən öyrənmişəm. Nəticədə MKİ doğru olanı etiraf etdi: virus laboratoriyadan yayılıb. Ancaq onların sizə demədikləri bir həqiqət var. Virus Çin yox, Amerika laboratoriyasında yaradılıb. O, Çində sınaqdan keçirilmiş ola bilər. Lakin çox güman ki,  Şimali Karolina Universitetindəki labaratoriyalardan birində yaradılıb”, – Saks vurğulayıb.скачать dle 12.1