Bia.Az

Putinin qərarı Kiyevi sevindirdi: İranı “vuran” silah Rusiyaya çevrilə bilər

Dünya
 Bu gün, 01:54     84

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığı beynəlxalq siyasi dairələrdə maraqla qarşılansa da, bir çoxları tərəfindən uğursuz hesab olunub. Xüsusilə də liderlərin Ukrayna məsələsində yenə ortaq məxrəcə gələ bilməməsi sülhə olan inamı müəyyən qədər azaldıb.

Ekspertlər hesab edir ki, bu uğursuz telefon danışığının fəsadları yaxın günlərdə cəbhədə özünü göstərə bilər.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Donald Trampla Vladimir Putinin telefon danışığında bu dəfə də Ukrayna ilə bağlı razılıq əldə olunmadı:

“Halbuki, ABŞ prezidenti Rusiya ilə razılığa gəlmək və vasitəçi olmaq üçün ciddi cəhd göstərirdi. Tramp Putinə zəng etməzdən iki gün əvvəl Ukraynaya hərbi yardımları dayandırdığını elan açıqladı. Bu addımla o, Kreml rəhbərini atəşkəsə razı salacağına ümid edirdi. Lakin Putin öz mövqeyində qalaraq ümumi sözlərlə Trampı “yola verdi”.

Əgər Rusiya prezidenti Trampın atəşkəslə bağlı şərtləri ilə razılaşsaydı, Kiyevə silah tədarükü qadağası qüvvədə qalacaqdı. Lakin Putin Ukrayna ilə bağlı “ilkin məqsədlərə” nail olana qədər hərbi əməliyyatları davam etdirəcəyini Ağ Ev rəhbərinin diqqətinə çatdırdı. Beləliklə, bu “telefon diplomatiyası” fiaskoya uğramış oldu”.

Həmçinin oxuyun:

Trampın yeni Rusiya planı: Putinə zəngi zamanı nə deyib?

mehemmed esedullazadeee

Politoloq bildirib ki, Putinin məqsədi Ukraynanı tam nəzarətə götürmək, burada yeni hakimiyyət formalaşdırmaq və NATO-nu Şərqi Avropadan sıxışdırmaqdır.

“O, Ukraynada üstünlük əldə etdikdən sonra dayanmayacaq, Moldova və digər Şərqi Avropa ölkələrinə də təzyiq göstərəcək.  Tramp artıq bu telefon danışığından razı qalmadığını və Ukraynaya hərbi yardımları dayandırmaq qərından geri çəkildiyini bəyan edib. Hətta yardımların artırılacağını da vurğulayıb.
Bu, sayca altıncı telefon danışığıdır və görünən odur ki, Rusiya ilə ABŞ arasında Ukrayna məsələsinə dair diplomatik danışıqlarda fasilə yaranacaq. Artıq Vaşinqton və Avropa dövlətlərinin Kiyevə silah tədarükünü artırması gözlənilir. Tramp isə bu ilin sonuna qədər Ukrayna ilə bağlı müəyyən irəliləyişə nail olmağı hədəfləyir. Əgər hərbi yardımlar artırılarsa, bu, Rusiyaya qarşı təzyiqlərin güclənməsinə və nəticə etibarilə onu danışıqlar masasında güzəştə məcbur etməyə yönələcək. Trampın İrana münasibətdə sərgilədiyi hərbi təzyiq modeli analoji olaraq Ukrayna vasitəsilə Rusiyaya qarşı da tətbiq oluna bilər”.

Turan Rzayev
Globalinfo.azскачать dle 12.1