Bia.Az

Bərdədə polis 5 kiloqram narkotik vasitə aşkarladı

Cəmiyyət
 Bu gün, 14:16     56

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.скачать dle 12.1