Bia.Az

“Fars şovinsitləri, eynən hay nasistləri…”-deputatdan kəskin reaksiya

Gündəm
 12-02-2023, 14:05     258

“Neçə gündür sosial şəbəkənin hay seqmentində Türkiyədəki zəlzələyə və Ermənistandan ora nəsə göndərilməsinə verilən reaksiyanı izləyirəm. Düzdür, aralarında  təbii fəlakətdən heç kimin sığortalanmadığını bildirib bunu bayram kimi qarşılamağın düzgün olmadığını yazanlar da var. Ancaq çoxu baş verənlərə görə sevinir, Paşinyanı ittiham edirlər ki, o, Türkiyəyə niyə xilasedici və başqa nəsə də göndərib”.

Musavat.com xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat ardınca vurğulayıb ki, burada “yardım” yox, "nəsə də" sözünü əbəs yerə işlətməyib: “Müstəqillik əldə edəndən haylar özləri həmişə köməyə möhtac olublar və bu gün də möhtacdırlar. İkincisi, ən əsası isə 1988-ci ilin dekabrında Hamamlı(Spitak) zəlzələsi zamanı hamıdan qabaq  Ermənistana yardım göstərən ölkələrdən biri məhz Türkiyə idi. Bu yardım həm də elə bir vaxtda göstərilirdi ki, o zəlzələdən cəmisi bir neçə gün əvvəl Qərbi Azərbaycandakı bütün soydaşlarımız etnik təmizləmə ilə üzləşmiş, bir hissəsi qətlə yetirilmiş, əksəriyyətinin var-dövləti  talan olunmuşdu.
Buna baxmayaraq, Türkiyə də, Azərbaycan da Ermənistana yardım etməkdən çəkinmədilər. Türkiyə COVİD-19 pandemiyası zamanı da ora xeyli dava-dərman göndərmşdi. Yəni hayların etdikləri yardım yox, olsa-olsa borc qaytarmağa cəhddir. Özü də mən baxdım, təkcə bizim Tərtərdən zəlzələdən zərərçəkənlərə göndərilənlər bəlkə də, Ermənistanınkından çox idi. Amma sözüm onda deyil. Mənim diqqətimi çəkən Türkiyə ilə Ermənistanın hər iki ölkədə zəlzələ baş verərkən, göstərilən yardıma, edilən jestə yanaşmalarındakı fərqdir. Burada da dövlətin, millətin və toplumun kimliyi bütün çılpaqlığıyla üzə çıxır.  Açığı bilmirəm, Hamamlı zəlzələsi zamanı edilən yardıma görə Türkiyədə bundan narazı qalanlar olubmu? Olubsa da, əminəm ki,  sayları barmaqla sayılacaq qədər azmış. 
Bu öz yerində, ancaq ilk növbədə mən hayların 1988-ci ildəki zəlzələ zamanı Türkiyə və  Azərbaycanın etdikləri yardımlara necə yanaşdıqlarını, hansı rəzilliklərə əl atdıqlarını xatırlatmaq istəyirəm”.
S.Alıyev xatırladıb ki,  Bakıdan Gümrüyə içərisində 79 könüllünün uçduğu təyyarə 1988-ci il dekabrın 11-də qəsdən orada qəzaya uğradıldı, onlardan 78-i həlak oldu: “Ardınca Türkiyəninki zənn edib daha bir təyyarəni də o cür düşürmüşdülər. Fəqət sonra bəlli oldu ki,  həmən təyyarə o zamankı Yuqoslaviyadan göndərilibmiş, hansı səbəbdənsə Türkiyədə enib, təkrar oradan havaya qalxıbmış.
Bu düşməncəsinə davranışlarına baxmayaraq Türkiyə də, Azərbaycan da Ermənistana yardım göstərməkdə davam edirdilər. Bizim xilasedicilər onlarla hayı dağıntılar altından çıxartdılar. Amma onlar yenə də öz nifrətlərini gizlətmirdilər. Ermənistanın o zamankı rəsmilərindən Fadey Sərkisyanın Azərbaycandan göndərilən yardımları geri qaytarmaq cəhdləri haqda yazdıqlarını oxumuşam. Əslində heç nə geri qaytarılmadı da, sadəcə hoqqa çıxarır, guya  məğrurluqlarını gözə soxurdular ki, o da nankorluq və kiçiklik kompleksindən başqa bir şey deyildi. İndi baxın, Türkiyə Ermənistanın etdiyi cüzi jestlərə görə minnətdarlığını bildirir, 5 yük maşınında nələrsə göndərilir deyə illərdir bağlı saxladığı sərhəddini açır, bununla bir daha keçmişdəkiləri unutmağa hazır olduğunu, böyüklüyünü ortaya qoyur. Hayların əksəriyyəti isə Paşinyanı ittiham edilər ki, niyə ora xilasedici və başqa nəsə də göndərib. Halbuki, bu, yenə vurğulayıram, Türkiyənin 1988-ci il zəlzələsi zamanı və sonralar etdiyi yardımların qarşılığında kiçik borcqaytarma jestidir”.
Deputat ardınca İranın reaksiyasına diqqət çəkib:
“Maraqlıdır ki, İrandakı dinsiz rejim də bu baxımdan hay nasistlərinə bənzəyir. Yanvarın 28-də Xoyda zəlzələ baş verəndə oradakı soydaşlarımıza yardıma ilk tələsən Azərbaycanla Türkiyə olsa da, rəsmi Tehran bunun qarşısnı kəsdi. Aradan cəmisi bir neçə gün keçmiş həmən dinsiz rejimin zəlzələ bölgəsinə xilasedici göndəmək  təklifinə isə Türkiyə normal yanaşdı, indi İranın 80 təmsilçisi oradadır.
Nə yazıqlar ki, Türkiyədə evləri dağılan bacı və qardaşlarımızdan daha pis vəziyyətdə olan xoylu soydaşlarımıza biz bu gün də yardım göstərə bilmirik.  Fars şovinsitləri, eynən hay nasistləri sayaq davranaraq bunun qarşısını alırlar”.скачать dle 12.1