Bia.Az

SON DƏQİQƏ!!! Zakir Qaralov, Rüstəm Usubov və Xanlar Vəliyev BARƏDƏ ŞOK ACIQLAMA YAYILDI- Onların hər ücü...

Fakt
 23-03-2021, 17:52     3 056

Cinayətkarın yeri yüksək dövlət kabineti yox, həbsxana kamerasıdır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə (CPM) əsasən qətllərlə bağlı cinayət işlərinin istintağını aidiyyatı üzrə prokurorluq orqanları aparır. Bu gün Tərtər qətliamı ilə bağlı yazmaq istədiyim Azərbaycan Respublikası Prokurorluğunun bu məsələdə yeri və rolu haqdadır.

Hələ uzaq 90-cı illərin sonunda tədbir keçirmək üçün Xanlar (indiki Göygöl) rayonuna getmişdim. Rayon rəhbərliyi tədbiri keçirmək üçün “Şəmədoğlu” şirkətinin ofisini təklif etdi. Şirkətin ofisini gördükdə və onun sahibi Şəmsi Səmədzadə ilə söhbətdən sonra əyalətdə belə bir biznes yaratmağı bacarmış insan məndə heyranlıq doğurmaya bilməzdi.

Aradan 2 il keçmişdi ki, onun həbs olunduğu və dövlət çevrilişinə cəhddə ittiham olunduğunu eşitdim. Vətən uğrunda döyüşmüş, müasir biznes qurmuş və iki mindən yuxarı insanı işlə təmin etmiş bir insanın dövlət çevrilişinə cəhdi xəbəri mənə inandırıcı gəlmədi. Şəmsi Səmədzadə hara, dövlət çevrilişi hara…

Araşdıranda məlum oldu ki, Şəmsi Səmədzadə vaxtilə onun biznesinə əl qoymaq istəyən Zakir Qaralova mübahisə zamanı bir şillə vrmağının qurbanı olub. Çox təəssüf ki, cəmi bircə şillə, Qaralov daha çoxuna layiq idi. 2000-ci ildə baş prokuror vəzifəsinə gətirilən kinli və komleksli alkoqolik bu hadisəni ona xatırlatdı və Səmədzadə şərlənərək həbs olundu.

Bu yazımı hüquq müdafiəçisi Rüfət Səfərovun dediyi kimi, Azərbaycanın prokurorluq tarixinin üzqarası olan Qaralova və onun özü kimi cinayətkar müavinləri Rüstəm Usubova, Xanlar Vəliyevə, onların Tərtər qətliamının törədilməsində və gizlədilməsində roluna həsr edirəm. Prokurorluq əməkdaşlarının dəqiqliklə “Qaramalov” adlandırdığı həmin o məxluqa.

Hələ 3 il əvvəl Tərtər qətliamı haqda silsilə bloq yazılarımı dərc etməyə başlayanda Qaralovdan həmin yazıları dayandırmaq haqda xahiş almışdım. Təbii ki, xahiş yerindəcə rədd edildi və yazıları davam etdirdim. Başqa cür ola da bilməzdi, çünki cinayətkarın yeri yüksək dövlət kabineti yox, həbsxana kamerasıdır.

Qayıdaq Tərtər qətliamına və burda deməliyəm ki, Qaralov və onun 2 müavini bu cinayətdə iştiraklarına görə birbaşa cinayət məsuliyyəti daşıyırlar. Onlar artıq haqqında yazdığım hazırki hərbi prokuror Xanlar Vəliyev (o, həm də baş prokurorun müavinidir) və Qaralovun birinci müavini olmuş Rüstəm Usubovdur.

Belə ki, Azərbaycan Ordusuna qarşı törədilən əsrin cinayəti zamanı azı 14 nəfərin qətlə yetirilməsinə dair Z. Qaralov cinayət işi açmalı idi, amma bunu etməyib. Rüstəm Usubov və Xanlar Vəliyev isə işgəncələrə nəinki göz yumublar, hətta onların həyata keçiridiyi yerlərə şəxsən səfər edərək, nəticə (yəni, saxta ittihamlara dair etiraflar) əldə olunmasına çalışıblar.

Başqa sözlərlə, ölkənin iki yüksək prokurorluq rəsmisi işgəncələrin həyata keçirildiyi məkanlara getməklə onları icra edən qatilləri həmin vəhşiliklərə birbaşa sövq etmiş və ruhlandırmışdırlar. Buna görə də hər üçü ən qısa zamanda həbs olunmalı və barələrində istintaqa başlanılmalıdır. Hər üçü layiqli cəzasını almalıdır.

Çünki qətllərə dair cinayət təqibinə başlamalı olan dövlət orqanının başçısı onlara nəinki göz yummuş, hətta bu cinayətlərin ictimailəşdirilməsinin qarşısını almağa cəhd göstərmişdi. Vaxtilə ona bir şillə vurmuş şəxsi saxta ittihamla ömürlük həbsə yollayan bir məxluqun azı 14 qətlə və yüzlərlə işgəncə faktına göz yumması ağır dövləti cinayətdir.

Tərtər qətliamı qurbanlarının və onları ailə üzvlərinin ölkə prokurorluğuna ünvanlanmış yüzlərlə şikayət və müraciətlərinin birinə belə əsaslı, dolğun cavab verilməməsi göstərir ki, normal ölkələrdə cinayətlərə qarşı sipər rolunu oynayan prokurorluq orqanları Azərbaycanda zorakılığın və cinayətin alətidir.

Qaralovun və onun müavinlərinin cinayəti bununla da bitmir. Məsələ burasındadır ki, qətliam qurbanlarından azı 25 nəfəri 12-20 il arası həbs cəzasına məhkum olunub və onlara qarşı saxta ittihamları da prokurorluq orqanları iləli sürüb. Qaralov və onun müavinləri, əməkdaşları ayrıca buna görə də məsuliyyət daşıyırlar.

Araşdırmalar zamanı üzə çıxan bir dəhşətli fakt da ciddi suallar doğurmaya bilməz: Azərbaycan Ordusuna qarşı qətliamın iştirakçılarının xeyli hissəsi bu cinayətlərdən sonra vəzifələrində böyüdülüblər: onlardan ikisi Müdafiə Nazirliyinə xidmətə keçirilib, ikisi hərbi attaşe vəzifəsi alıb, 3 nəfəri prokurorluq orqanlarında vəzifədə böyüdülüb və bir nəfərə general-mayor rütbəsi verilib.

Bunlar hələ mənim əldə edə bildiyim faktlardır və istisna deyil ki, belə mükafatlandırılanların sayı daha çox olub. Amma elə bunlar da göstərir ki, Azərbaycan Ordusuna qarşı cinayətin təşkilatçılarının imkanları qeyri-məhdud olmaqla yanaşı, onların həm də törətdikləri cinayətlərə görə cəzasız qalacaqlarına yüksək dərəcədə əminlikləri olub və bu gün də var.

Əcaba, bütün bu, cinayətkar çətəni himayə edənlər, mükafatlandıranlar kimlərdir və hansı qüdrət sahibləridir ki, orduya qarşı törədilmiş tükürpədici cinayətlərin, vəhşiliklərin bu gün geniş müzakirə predmeti olması belə onların cəzalandırılması üçün əsas yaratmır. Axı məntiqlə yaratmalıdır, çünki hətta ən anlaqsız dövlət rəsmisi belə bu müzakirələrin ağır ictimai-siyasi fəsadlar törədə biləcəyini anlamamış deyil.

Müzakirələr, etirazlar və cinayətkarların ifşası isə davam edəcək, çünki xalq onun ordusuna əsgərinə, zabitinə qarşı qanlı cinayətlər, vəhşiliklər törədənləri tanımalıdır. Odur ki, Azərbaycan Ordusunun düşmənlərini tanıyaq və tanıdaq!

Ərəstun Oruclu
Gununsesi.infoскачать dle 12.1