Bia.Az

Xameneinin qorunması üçün nəhəng yeraltı kompleks tikilibmiş...

Dünya
 Bu gün, 01:46     33

Əli Xameneinin 35 metr dərinlikdə, partlayışa davamlı otaqla təchiz olunmuş gizli yeraltı sığınacağı var imiş.

Axar.az-ın “İran İnternəşnl” kanalının əldə etdiyi xüsusi xəritələrə və təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Tehrandakı Mofid küçəsi yaxınlığında – ali rəhbərin iqamətgahı yaxınlığında Əli Xameneini qorumaq üçün böyük yeraltı kompleks inşa edib.

Bu kompleks yerin təxminən 30-35 metr dərinliyində yerləşir və partlayışa davamlı xüsusi otağa malikdir.

Yerüstü hissəsində idman mərkəzi olan bu kompleksin yeraltı hissəsində çoxmərtəbəli avtomobil dayanacaqları, atıcılıq tirləri və komandirlər üçün 5 mərtəbəli ofislər mövcuddur. Kompleks tunellər vasitəsilə Vəliəsr, Pastor və Cümhuriyyət küçələrinə bağlanır. İnşaat işlərinə SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahı rəhbərlik edib.

Məlumata görə, bu sığınacaq İsrailin ali rəhbərin iqamətgahına hücumunun hədəflərindən biri olub, lakin peyk görüntüləri onun tamamilə məhv edilmədiyini göstərir.скачать dle 12.1