Venesuela ABŞ ilə fikir ayrılıqlarını diplomatik yolla həll etmək istədiyini açıqlayıb
Venesuela rəhbərliyinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges ölkəsinin ABŞ ilə mövcud fikir ayrılıqlarını diplomatik dialoq və əməkdaşlıq yolu ilə həll etməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Venesuelanın İspaniya müstəmləkəçiliyinə qarşı mübarizəsində həlledici döyüş hesab olunan Karabobo döyüşünün 205-ci ildönümünə həsr edilən tədbirdə çıxışı zamanı danışıb.
Rodriges bildirib ki, 2026-cı il yanvarın 3-dən etibarən Vaşinqtona siyasi dialoq, diplomatiya və əməkdaşlıq yolu ilə həm tarixi, həm də mövcud fikir ayrılıqlarının aradan qaldırılması təklif olunub.
"Venesuelada beynəlxalq münasibətlərin inkişafı naminə sülh diplomatiyası güclənməkdədir", - deyə o vurğulayıb.
Rəsmi əlavə edib ki, bu gün Venesuela öz müstəqilliyini və suverenliyini qətiyyətlə müdafiə edir və ölkə xalqını birlik nümayiş etdirməyə çağırıb.









