Bia.Az

ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsi imkanını nəzərdən keçirir

Dünya
 Bu gün, 01:34     29

ABŞ administrasiyası Türkiyəyə F-35 qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə iş aparır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ evdə Prezident Donald Tramp ilə NATO-nun baş katibi Mark Rütte arasında keçirilən görüşdə bildirib.

Vensin sözlərinə görə, ABŞ-nin müdafiə naziri Pit Heqset və onun komandası məsələ üzərində işləyir. O qeyd edib ki, Türkiyəyə F-35 qırıcılarının verilməsi üçün ABŞ qanunvericiliyinin tələblərinə uyğunluq təsdiqlənməlidir.

"Prezident bizə bu məsələni araşdırmağı tapşırıb. Bu, əsasən Konqresin səlahiyyətlərinə aid məsələdir. Söhbət Türkiyənin F-35 əldə etməsi üçün ABŞ qanunlarının tələblərinə əməl edib-etməməsindən gedir", - deyə Vens vurğulayıb.

Öz növbəsində Donald Tramp da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.скачать dle 12.1