Məşhur gürcü müğənni yenidən Bakıya gəlir
Gürcüstanın məşhur müğənnisi Dato Kençiaşvili yenidən Bakıda konsert proqramı ilə çıxış edəcək.
Kult.az Teleqraf-a istinadən xəbər verir ki, konsert proqramı iyunun 28-də Heydər Əliyev Sarayında baş tutacaq.
Konsert proqramında Dato Kençiaşvilini “Taoba” uşaq ansamblı və “Eksperiment” qrupu müşayiət edəcək.
Müğənni Gürcüstanın çoxəsrlik tarixini və zəngin mədəniyyətini musiqinin dili ilə təqdim edəcək.








