Rusiya Avropanı vurmaqla hədələdi

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Qərbin Ukraynaya verdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına cavab olaraq Avropanı hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Yunaşev öz “Telegram” kanalında yazıb.
"Bütün Avropa şəhərləri təhlükə altındadır", - Kartapolov bildirib.
O, jurnalistin avropalıların Ukraynaya verilmiş silahlardan məsafə məhdudiyyətlərini aradan qaldırması ilə əlaqədar hansı yaşayış məntəqələrinə zərbə endirilə biləcəyi ilə bağlı sualını cavablandırarkən belə deyib.