Şahbaz Şərif: Pakistan Hindistanla danışıqlara hazırdır

Pakistan regional sülh naminə Hindistan ilə danışıqlar aparmağa hazırdır.
Teleqraf Pakistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İranda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Məsud Pezeşkianla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz sülh istəyirik... biz bütün mübahisələrin, o cümlədən Kəşmir məsələsinin həlli üçün dialoqa hazırıq," - Baş nazir bildirib.
İranın Pakistan və Hindistan arasında atəşkəsin əldə olunmasını alqışladığını bildirən Pezeşkian məsələlərin dialoq yolu ilə həll edilməsinin regionun sabitliyi baxımından vacib olduğunu əlavə edib.
"Pakistanda sülh və sabitlik İranın marağındadır...Biz inanırıq ki, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün qonşu ölkələr dialoq qurmalı, həm bir-biri ilə, həm də beynəlxalq tərəfdaşlarla müsbət məsləhətləşmələr aparmalıdır", - İran Prezidenti bildirib.